Pandemiya gənc rəssama doğulub böyüdüyü şəhəri yenidən kəşf etməyə şans olub
Ötən il boyu davam edən karantin qaydaları bir çox insanın həyatında dəyişikliklərə səbəb olub. 2011-ci ildə Bakıya oxumaq üçün köçən və daha sonra orada yaşayıb işləməyə davam edən rəssam Rza Rzazadə də, 2020-ci ilin mart ayında bir müddətlik doğulub böyüdüyü şəhərə - Lənkarana üz tutub. Bu səfər Rza üçün Lənkaranı yenidən kəşf etməyə bir imkan olub. Rza deyir ki, Lənkaranda incəsənət sahəsində boşluqlar var. Və ümumiyyətlə incəsənətin ölkə üzrə bir şəhərdə mərkəzləşməsini tənqid edir. Sənət adamlarının böyük şəhərlərə qaçmasının əsas səbəblərindən biri kimi həm də regionlarda mühitin olmamasını göstərir. Bir ildən çoxdur yaşadığı təcrübəyə əsaslanaraq, Rza incəsənətlə məşğul olan gənclərə regionlara köçərək, orada sənətin inkişafına təkan verməyə çağırır.
Episodes
-
Dekabr 12, 2024
Rail Abbasovun növbəti məhkəməsi keçirilib
-
Dekabr 12, 2024
"Meydan TV"nin jurnalisti həbsdə qaldı
-
Dekabr 11, 2024
Bakının ənənəvi gecə bazarı