Penitensiar xidmətin önündə aksiya
Könül Əhmədova adlı vətəndaş Penitensiar Xidmətin önündə etiraz aksiyası keçirib. Onun sözlərinə görə, o atası Ələkbər Məmmədovun onkoloji xəstə olduğu üçün həbsdən buraxılmasını tələb edir. Bu səbəbdən dəfələrlə rəsmi qurumlara müraciət etsə də, şikayəti nəticəsiz qalıb. O deyir ki, atasının həbsdən buraxılması üçün Penitensiar Xidmətin rəyi lazımdır, lakin qurum bunun onların səlahiyyətində olmadığını bildirib. Ələkbər Məmmədov 8 il əvvəl baş verən avtoqəzadan sonra 9 illik həbs cəzası alıb. Cəzasının 7 il 9 ayını artıq həbsdə keçirib. Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?