Bərdə sakinləri müharibə dövrünü necə xatırlayır?
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibədən 1 il ötür. Münaqişə zonasından əlavə, mülki əhalinin yaşadığı ərazilərə də ziyan dəyib. Atəşə məruz qalan yerlərdən biri də Bərdə şəhəridir. Bərdə sakinləri həmin hadisələri belə xatırlayır. Ermənistan Silahlı Qüvvələri tərəfindən Bərdəyə raket atılması nəticəsində yaralanan 11 yaşlı Müseyib Hümbətovun anası Zeynəb Əliyeva deyir ki, oğlu gəzə bilmir. O iddia edir ki, uşağın müalicəsinə dövlət tərəfindən heç bir kömək göstərilməyib, bütün xərcləri ailə özü çəkib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan 2907 hərbi qulluqçusunu itirib, 7 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Ermənistan tərəfi isə 6581 hərbi qulluqçu, 50 mülki şəxs itirdiyini, 163 nəfərin yaralandığını açıqlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağın münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalanıb.
Episodes
-
Oktyabr 11, 2024
Kyivdə Ukrayna Müdafiəçiləri Günü qeyd olundu
-
Oktyabr 10, 2024
ABŞ-da poçtla səsvermə necə işləyir?
-
Oktyabr 10, 2024
İctimai fəal Rail Abbasovun məhkəməsində vəsatətlər təmin olunmayıb