Accessibility links

Almaniyanın növbəti lideri kim olacaq?


Almaniyanın növbəti lideri kim olacaq?
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Almaniyanın növbəti lideri kim olacaq?

Bazar günü keçirilən seçkilərdə partiyalardan heç biri çoxluq qazana bilmədikdən sonra Almaniyanın növbəti liderinin kim olacağı hələ də bəlli deyil. Koalisiya hökuməti qurmaq üçün rəqib partiyalar arasında danışıqlar gedir.

Sosial Demokratlar ən yüksək səs payını topladıqdan sonra bunu qeyd edirlər - onlar 26%-dən bir qədər az səs sayına sahib olublar. Partiya lideri Olaf Şolts deyir ki, seçicilər onlara idarə etmək hüququ veriblər.

"Onlar üç partiyanı gücləndirdilər: Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar. Beləliklə də bu, ölkə vətəndaşlarının verdiyi dəqiq mandatdır. Bu üçlük növbəti hökuməti formalaşdırmalıdır” - deyə, Sosial Demokratların Kansler namizədi Olaf Şolts bildirib.

Ancaq kansler Angela Merkelin Xristian Demokratları 2 faiz daha az səs əldə edib. Partiya lideri Armin Laşet mübarizəni dayandırmır.

"Nisbətən kiçik olan partiyaların hər ikisi, böyük partiyalardan birinin hansı partiyalarla danışacağını demək hüququnun avtomatik olaraq olmadığını deyir" - deyə, o bildirib.

Deməli, Yaşıllar və Azad Demokratlar hər hansı bir koalisiyada hakim olacaqlar. Hər ikisi də seçimlərini açıq saxladıqlarını bildirir.

"İki böyük partiya son illərdə böyük itkilər verib və hökumətə yeni bir qüvvənin gəlməsi lazımdır" - deyə, Yaşıl Partiyadan Kanslerliyə namizəd Annalena Baerbok bildirib.

Hələlik qırmızı Sosial Demokratlar, narıncı Azad Demokratlar və Yaşıllar arasında 'işıqfor' adlandırılan koalisiyası favorit kimi görünür.

Bu, Olaf Şoltsu Almaniyanın növbəti kansleri edəcək. O, indiki gedən 'böyük koalisiya' hökumətində hazırkı vitse-kanslerdir.

Şolts 2018-ci ilə qədər Almaniyanın ikinci böyük şəhəri olan Hamburqun meri idi.

"Olaf Şolts ümumiyyətlə xarizmalı deyil. Onun Angela Merkel kimi xarizması azdır. Onların ortaq bir xüsusiyyəti var və bəlkə də kansler olmaq istəsə bu, onun üçün bir üstünlükdür. Şolts həmişə yaxşı hazırlaşan birisidir. Onun sosial demokrat siyasətlə bağlı ideyası var və buna görə ona haqqını verməlisən, yəni onun gündəmi var" - deyə, Hamburqdakı radionun müxbiri Aksel Şröder bildirib.

Ölkə daxilində bu gündəliyə minimum əmək haqqının artırılması, daha çox ev tikilməsi və pensiya islahatı daxildir. Beynəlxalq səviyyədə Şolts böyük dəyişikliklər planlaşdırmır.

"Alman siyasəti üçün ilk mövzu daha güclü və daha suveren bir Avropa İttifaqı qurmaq olacaq və bunun Almaniyanın xarici siyasətində beynəlxalq strategiyaya təsiri olacaq. Transatlantik tərəfdaşlıq Almaniyada bizim üçün və mənim rəhbərlik edəcəyim bir hökumət üçün vacibdir" - deyə, Şolts bildirib.

Lakin Şoltsun rəhbərlik etdiyi hökumətə zəmanət verilmir. Rəqib partiyalar hökumət qurmaq barədə razılığa gəlməyənə qədər Angela Merkel Almaniya kansleri olaraq qalır. Və hələ də bu rolu daha bir neçə həftə, hətta aylarla da davam etdirə bilər.

XS
SM
MD
LG