"İlkin Süleymanovun qatil kimi tanınmasında polisin marağı olub"
Sentyabrın 29-da Gəncə Ağır Cinayətlər məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses qətlə yetirilən Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın dindirilməsi ilə davam edib. Müdafiəçilər deyir ki, məhkəmə iclasında Nərmin Quliyevanın anasının istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər ortaya çıxıb. Nərmin Quliyevanın anasının məhkəmə zamanı verilən suallara qeyri-müəyyən cavablar verdiyi bildirilir. İ.Süleymanovun ailəsi və yaxınları onun bu ölüm işində iştirakını təkzib edirlər. Növbəti məhkəmə iclası oktyabrın 20-nə təyin edilib. 10-yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 48 yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. İ.Süleymanov özü isə saxlandıqdan sonra işgəncəyə məruz qaldığını bildirib. Onun bu barədə söylədikləri ilə əlaqədar vəkilləri Baş Prokurorluğa şikayət edib, buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər. Amma Baş prokurorun birinci müavini Rüstəm Usubov onda belə nəticəyə gəlib ki, şikayət əsassızdır, ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar imzalayıb.
Episodes
-
Oktyabr 04, 2024
Lyuk Koffi: İsrail İranın raket hücumuna bir şəkildə cavab verəcək
-
Oktyabr 04, 2024
Sorğu: Azərbaycanda müəllimə yanaşma necədir?
-
Oktyabr 04, 2024
AŞPA Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edib
-
Oktyabr 03, 2024
Azərbaycanda uşaq futbolunun vəziyyyəti
-
Oktyabr 03, 2024
Azərbaycanda su böhranının səbəbləri və bu böhrandan çıxış yolları