Zümrüd Yağmur Baş Prokurorluğa çağırılıb
Cinsi zorakılığa məruz qaldığını iddia edən feminist fəal Sanay Yağmurun anası Zümrüd Yağmur Baş Prokurorluğa çağırılıb. Sənay Yağmurun üzləşdiyi cinsi zorakılıq hadisəsinin Yasamal Rayon Prokurorluğu tərəfindən düzgün araşdırılmadığından şikayət edən Zümrüd Yağmur deyir ki, cinayət törətdiyi iddia edilən və Sənay Yağmurun xalası oğlu olan Əsgər Ağayev adlı şəxsin hələ də azadlıqda olmasından narahatdırlar. Məsələ ilə bağlı ittiham olunan şəxsin ailəsindən münasibət öyrənmək mümkün olmayıb. Hadisə ilə bağlı oktyabrın 12-də fəalın anası Zümrüd Yağmur keçirdiyi mətbuat konfransı zamanı ictimaiyyətə ilk dəfə məlumat verib. Anası deyir ki, hadisədən iki gün sonra onlar polisə şikayət edib və cinayət işinin istintaq prosesi ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atılıb. O həmçinin bildirib ki, cinayəti həmin şəxsin törətdiyini sübut edən ən az 3 ədəd tibbi ekspertiza rəyi də var. Buna baxmayaraq Yasamal Rayon Prokurorluğunda cinayət işinə “kifayət qədər sübut olmadığı” əsas gətirilərək iki dəfə xitam verilib. Apelyasiya Məhkəməsinin iki gün əvvəl çıxardığı qərara əsasən, iş araşdırılmağa geri göndərilib və fəal da hazırda cinayət işinin ədalətli araşdırılmasını tələb edir. Apelyasiya Məhkəməsi işin yenidən araşdırılması üçün prokurorluğa geri göndərib.
Episodes
-
Oktyabr 07, 2024
“Fikirləşirdim ki, öz məkanım olanda menyuya qoğal daxil edəcəm”
-
Oktyabr 06, 2024
Gürcüstanın paytaxtında “Tbilisoba” bayramı
-
Oktyabr 06, 2024
"Qadının azadlığı təhsildən başlayır"