Gənc fəallar keçmiş YAP-ın qərargahı qarşısında aksiya keçirib
Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər. Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də digər siyasi məhbusların həbsinə etiraz ediblər. Bundan əlavə gənclər Respublika Gününün adının dəyişdirilməsinə etiraz ediblər. Fəallar hesab edir ki, ardıcıl və məqsədli şəkildə həyata keçirilən bu həbslər, eyni zamanda ictimai fəalların təqib olunması Azərbaycanda irticaçı rejimin davam etdiyini, islahat ritorikasının sadəcə illuziyadan ibarət olduğunu göstərir.
Episodes
-
May 14, 2024
Ukrayna Silahlı Qüvvələrinin keşişi
-
May 13, 2024
Tbilisinin Avropa meydanında nümayiş
-
May 13, 2024
Tbilsidə fəaliyyət göstərən ukraynalı DJ