Accessibility links

“Azyaşlını zorlayan niyə azaddır?"


“Azyaşlını zorlayan niyə azaddır?"
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Oktyabrın 19-da feminist fəal Gülnara Mehdiyeva Prezident Administrasiyası önündə təkadamlıq aksiya keçirib. Aksiya keçirən fəal bildirib ki, azyaşlı Sənay Yağmura cinsi zorakılıq göstərən şəxs 1 ildir ki, azadlıqdadır. Gülnara Mehdiyeva deyib ki, cinayətkarın həbs edilməməsi cəmiyyət üçün təhlükəlidir. Polis aktivistin aksiyasına mane olub və əlindəki plakatı alıb, ardınca o, polis avtomobilinə mindirilərək ərazidən uzaqlaşdırılıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılan Gülnara Mehdiyeva qısa müddət sonra sərbəst buraxılıb. Sərbəst buraxılandan sonra açıqlama verən Gülnara Mehdiyeva bildirib ki, o sözünü demək üçün ölkədə vəzifəcə ən böyük şəxsi - Prezidenti seçib. Ona görə də Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Oktyabrın 13-də yazıçı Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib. Bu məsələ ictimailəşəndən bəri Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG