Accessibility links

Yeniyetməyə cinsi zorakılıq göstərməkdə şübhəli bilinən Əsgər Ağazadə saxlanılıb


Yeniyetməyə cinsi zorakılıq göstərməkdə şübhəli bilinən Əsgər Ağazadə saxlanılıb
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Yazıçı Zümrüd Yağmurun qızı Sənaya cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb. Bu barədə məlumatı Zümrüd Yağmur yayıb. O bildirib ki, özü də bu gün istintaq idarəsinə dəvət olunub və ifadəsi alınıb. Zümrüd Yağmur əlavə edib ki, təcavüz məsələsi çox həssas mövzudur. Hüquq-mühafizə orqanları bu işlərə həssas yanaşmalıdırlar: Yazıçı sonda deyib ki, bu ədalətsizliyin aradan qaldırılması həm də ictimai dəstəyin nəticəsidir. Oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib. Bu məsələ ictimailəşəndən bəri Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG