Accessibility links

Orduya dəstək yürüşündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılıb


Orduya dəstək yürüşündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılıb
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən şəxslərin (3-cü qrup) şikayəti əsasında apelyasiya şikayətinə baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilməsi, məhkəmənin tam istintaqla keçirilməsi barədə vəsatətlər təmin olunmayıb. Bu qrupda mühakimə olunan 12 nəfərdən 8-i apelyasiya şikayəti verib. Onlardan 7-si AXCP üzvləridir. İyunun 22-də Bakının Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində cinayət işi üzrə üçüncü qrupun məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev, Baba Süleymanov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Ramid Nağıyev, bitərəflər Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyevin hər birinə 2,5 il sınaq müddəti olmaqla, 2 il 10 ay şərti cəza təyin olunub. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib. Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. 2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib. AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

XS
SM
MD
LG