Accessibility links

Polis: Alek Boldvinin film çəkilişi zamanı istifadə etdiyi silahdan açılan atəş nəticəsində kinematoqraf ölüb


Amerikalı aktyor Alek Boldvinin Nyu Meksikoda çəkilən bir filmdə çəkiliş zamanı istifadə olunan silahdan açdığı atəş nəticəsində kinematoqraf ölüb və rejissor yaralanıb.

Hadisə ABŞ-ın cənub-qərb ştatında Baldvinin baş rol oynadığı 19-cu əsrə aid vestern stilində çəkilən "Rust" (Pas) adlı filmin çəkilişi zamanı baş verib.

Santa Fenin polis şerifi Halina Hatçins və Coel Suzanın "Alek Boldvin tərəfindən atıcı silahın atəş açması ilə vuruldu"ğunu deyib.

42 yaşındakı Hatçins vertolyotla xəstəxanaya çatdırılsa da, aldığı yaralardan ölüb, 48 yaşındakı Suza isə təcili yardımla xəstəxanaya aparılıb və hazırda müalicə alır.

Hadisə ilə bağlı heç bir ittiham irəli sürülməyib, hazırda şahidlərin dindirilməsi davam edir.

Film istehsalçısının sözçüsünün Hollywood Reporter-ə verdiyi məlumata görə, "qəza" da boş güllə ilə dolu silahdan açılan yanlış atəş ilə əlaqədardır.

Şerifin sözçüsü mətbuata bildirib ki, rejissor "ağır vəziyyətdədir".

Hadisə Hollywood rejissorlarının sevdiyi Santa Fe yaxınlığındakı Bonanza Krik Rançda baş verib.

XS
SM
MD
LG