Accessibility links

İranın müxtəlif şəhərlərində ədliyyə işçiləri piket keçirib


Zəncan

Ədliyyə işçiləri Qərbi Azərbaycan, Zəncan və Həmədan daxil olmaqla, İranın müxtəlif vilayətlərində piket keçiriblər.

Sosial mediada yayılan xəbər və görüntülərə istinadən, işçilər oktyabrın 25-də şəhərlərin ədliyyə idarələri önündə toplaşaraq rəsmilərdən məişət şəraitlərinə diqqət yetirilməsini tələb ediblər.

Ədliyyə idarələrinin inzibati işçiləri gəlirlərinin inflyasiya səviyyəsindən xeyli aşağı olduğunu söyləyirlər.

Dövlət agentliyi İRNA-nın daha əvvəl yaydığı məlumata əsasən, ədliyyə işçiləri həbsxana idarələri çalışanlarının yararlandığı “fövqəladə özəl” hüquq və ödənişlərin onlara da şamil olunmasını istəyirlər.

İctimai fəallar bəzi dövlət qurumlarına çalışan inzibatı işçilərə “fövqəladə özəl” imtiyazların verilməsini digər işçilərə qarşı ayrı-seçkilik olduğunu önə çəkirlər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG