Accessibility links

Ələsgər Məmmədli: Bu, birbaşa kibercinayətkarlıq hesab olunur


Ələsgər Məmmədli: Bu, birbaşa kibercinayətkarlıq hesab olunur
please wait

No media source currently available

0:00 0:08:41 0:00

Noyabrın 3-də Azərbaycanda fəaliyyət göstərən Toplum TV internet televiziyasının Facebook hesabına kiber hücumu nəticəsində televiziyanın bəzi paylaşımları səhifədən silinib. Hazırda onlayn xəbər saytının Facebook səhifəsi bərpa edilib. Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Amerikanın Səsinə verdiyi müsahibəsində baş vermiş kiber hücumun səbəbləri və bundan sonra atılacaq hüquqi addımlardan danışıb.

Azərbaycanda fəaliyyət göstərən Toplum TV internet televiziyasının “Facebook” hesabına kiber hücumu baş verib. Hadisə noyabrın 3-də olub. Belə ki, internet televiziyasının bəzi paylaşımları səhifədən silinib. Bu paylaşımlardan biri də televiziyanın bir gün öncə axşam saatlarında efirə getmiş “Toplumda Debat” verilişinin buraxılışıdır. Həmin verilişin qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olub. Eyni zamanda, daha əvvəl yayımlanan Müsavat Partiyası rəhbərinin qonaq olduğu veriliş də silinib. Ələ keçirənlər səhifənin adını da dəyişərək “Toplan TV” ediblər.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Amerikanın səsinə verdiyi müsahibəsində baş vermiş kiber hücumun səbəbləri və bundan sonra atılacaq hüquqi addımlardan danışıb. Onunla müsahibəni sizə təqdim edirik.

XS
SM
MD
LG