Accessibility links

V DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı


V DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Bakıda V DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir. Festivalın builki mövzusu "Hisslər"dir və proqrama daxil edilən filmlərin əksəriyyəti insanın daxili və xarici metamorfozaları, özünü axtarmaq və varlığın mənası mövzusuna həsr edilib. Film nümayişləri Yarat Müasir İncəsənət Mərkəzi, Kino evi, Kapelhaus, Nizami Kinoteatrı, və Daşsalnamə muzeyində keçirilir. Festivalın proqramına film nümayişləri ilə yanaşı teatr tamaşaları, mühazirələr və müzakirələr də daxildir. Bundan əlavə, ssenari müəllifi və rejissoru Çingiz Rəsulzadənin xatirəsinə həsr olunmuş Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaq. Tədbirlərdə iştirak ödənişlidir. Biletlər onlayn formada iticket.az saytında əldə edilə bilər. Festival 7 noyabr tarixinədək davam edəcək. 2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır. Festival həmçinin yeni adlar axtarmaq və yerli sənədli film istehsalçılarına dəstək olmaq niyyətindədir.

XS
SM
MD
LG