Accessibility links

İranla bağlı London tribunalı işini davam etdirir


Hüquq qrupları tərəfindən təşkil edilən London tribunalı öldürülənlərin qohumları və digərlərinin repressiya zamanı törədilmiş cinayətlərlə bağlı ifadələrini dinləməyə başlaması ilə İran 2019-cu ildə ümummilli etirazları ölümcül şəkildə yatırtdığına görə yenidən təftişlə üzləşib.

Beynəlxalq xalq tribunalı kimi tanınan tədbir Londondakı Church House konfrans mərkəzində açılıb. Onun məqsədi 2019-cu ilin noyabr etirazları zamanı yüzlərlə etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi və daha minlərlə insanın yaralanması da daxil olmaqla, İranın iddia edilən vəhşiliklərini araşdırmaqdır.

Britaniya, İndoneziya, Liviya, Cənubi Afrika və ABŞ-dan olan insan haqları hüququ və beynəlxalq münasibətlər üzrə ekspertlər heyəti bazar gününə qədər davam etməsi planlaşdırılan tribunalın ilk gününə rəhbərlik edib.

Dinləmələr Londonda yerləşən “İran üçün ədalət”, Osloda yerləşən İran İnsan Haqları və Parisdə yerləşən “Ölüm cəzasına qarşı birlikdə” olmaqla, üç hüquq qrupu tərəfindən təşkil edilib.

Tribunalın vəkil yardımçısı Həmid Sabi Amerikanın Səsi ilə tele- müsahibəsində deyib ki, beş gün davam edəcək tədbirdə panel iştirakçıları onun və həmkarı Regina Paulose tərəfindən yoxlanılan 160-a yaxın şahidin ifadələrini dinləyəcək.

"Biz yaxınları öldürülən, yaralanan və ya həbsdə olan ailələrin ifadələrini almağa üstünlük verdik" - deyə, Sabi əlavə edib.

İran hökuməti 2019-cu il noyabrın 15-də ABŞ-ın ağır sanksiyaları altında ağırlaşan iqtisadiyyatda yüksək işsizlik və inflyasiya ilə üzləşən iranlıların maliyyəsini daha da çətinləşdirərək, benzinin subsidiyalaşdırılmış qiymətinin 50% artırılması əmri verməklə ümummilli nümayişlərə səbəb olmuşdu.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranın təhlükəsizlik qüvvələri əsasən dinc nümayişləri yatırarkən yüzlərlə insanı öldürüb, minlərlə insanı həbs edib, bəzi insanlar da ictimai binalara və bizneslərə ziyan vurub.

İranın bu günə qədərki qətllərin miqyası ilə bağlı yeganə etirafı ovaxtkı daxili işlər naziri Əbdolreza Rəhmani Fəzlinin 2020-ci ilin mayında dövlət televiziyasına ölənlərin sayının 200-ə yaxın olduğunu söyləməsi olub.

Bazar ertəsi dinləmənin əvvəlində panelistlər 133 İran rəsmisinə, o cümlədən ali ruhani rəhbər Ayətullah Əli Xameneiyə göndərdiyi məktublarda onları 2019-cu il etirazlarını yatırarkən insan haqlarını ağır şəkildə pozmaqda və insanlığa qarşı cinayətlərdə ittiham etdiklərini bildirib.

Panel iştirakçıları qeyd edib ki, məktublarda rəsmilər müdafiələri üçün sübut təqdim etməyə dəvət edilib, lakin heç bir cavab alınmayıb.

Londonda yerləşən Amnesty İnternational təşkilatı İranın 2019-cu ilin noyabr etirazlarını yatırtması ilə bağlı son nəticələrini cümə axşamı tribunala təqdim etməli idi.

Qrupun Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Heba Morayef çərşənbə axşamı Amerikanın Səsinə verdiyi açıqlamada deyib ki, tribunal iddia edilən vəhşiliklərə görə iranlı günahkarların cəzasız qalmasına son qoymaq yolunda mühüm addımdır.

Bayden administrasiyası Tehranın nüvə silahı istehsalının qarşısını almaq üçün nəzərdə tutulmuş tədbirlərə tam əməl etməsi müqabilində İrana qarşı bəzi sanksiyaları yumşaltmağa hazır olduğunu bildirib.

Tehran mülki enerji proqramı pərdəsi altında nüvə silahı əldə etmək istəyini təkzib edib.

ABŞ Dövlət Departamenti Amerikanın Səsinin tribunalın İrana qarşı insan haqları ilə bağlı sanksiyaları sərtləşdirmək üçün ABŞ-a təsir edib-etməməsi ilə bağlı sualına cavablandırmayıb.

XS
SM
MD
LG