Accessibility links

"Qaranlıqdan reportaj" filmin təqdimatı keçirilib


"Qaranlıqdan reportaj" filmin təqdimatı keçirilib
please wait

No media source currently available

0:00 0:04:53 0:00

Noyabrın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqında Elvin Adıgözəlin "Qaranlıqdan reportaj" filminin təqdimatı keçirilib. "Qaranlıqdan reportaj" filmi Marsel Beynəlxalq Film Festivalının müsabiqə iştirkaçısı və Azərbaycan-Fransa birgə istehsalıdır. Film əyalətdə yaşayan jurnalist Kərimin həyatından – qəhrəmanın keçdiyi həyat yolundan bəhs edir. Bölgə müxbiri kimi əyalətdə yaşamaq, jurnalistika sahəsində iş tapmaq və ən önəmlisi həqiqəti yazmaq asan göründüyü qədər də çətindir ki, bütün bunlar Kərimin timsalında tamaşaçıya çatdırılır. Filmin nümayişindən sonra tədbirin moderatoru Sevda Sultanova rejissorla, filmdə qaldırılan mövzunu və rejissor dəsti-xəttini müzakirə edib. Eləcə də, filmi izləyən tamaşaçılar rejissora öz suallarını ünvanlayıblar.

XS
SM
MD
LG