Accessibility links

Türk lirəsi bir neçə saat ərzində 8 faizdən çox dəyər itirib


Türk lirəsi ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir. Dünən bazarın bağlanışında 11.38 olan USD/TL məzənnəsi, bu gün günortadan əvvəl 12.47-ni gördükdən sonra 12.30-a düşüb.

İndiyədək türk lirəsinin ABŞ dolları qarşısında gündəlik ucuzlaşması 8 faizə çatıb.

Ekspertlər bu qənaətdədirlər ki, dolların bu bahalaşmasında Xalq İttifaqı liderlərinin son iki gündə uçot dərəcəsini aşağı salmasını müdafiə edən fikirləri də rol oynayıb.

Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyasının məclis qrupunda nitqinə başlayanda çıxışı zamanı 11,86 olan USD/TL məzənnəsi 12,65-ə qalxıb.

Dünən Nazirlər Kabinetinin iclasından sonra prezident Ərdoğanın iqtisadi qurtuluş savaşı siyasi kursuna dəstək verən Bahçeli Türkiyənin faiz lobbisi və BVF siyasətləri ilə daha irəli gedə bilməyəcəyini vurğulayıb.

Baheçilinin çıxışından sonra 12.20-yə düşən dolların məzənnəsi prezident Rəcəb Tayyib Ərdoğanın AKP-nin Genişləndirilmiş Bölgə Rəhbərləri Toplantısındakı çıxışı ilə yenidən 12.40-a yüksəlib.

AKP sədri və prezident Ərdoğan çıxışında erkən seçki tələblərini rədd edərək, Türkiyənin seçkiləri vaxtında keçirəcəyini bildirib.

“On il əvvəl biz 2023-cü il hədəflərimizi elan edəndə seçki ili 2024-cü il idi. Hələ də erkən seçkilər, erkən seçkilər deyilir. Erkən seçki olmayacaq, iyun 2023. Onlar kiminlə getdiklərinin fərqində deyillər, keçdi. Onlar tarixdə qaldı. 15-20 aydan bir seçki keçirmək ibtidai tayfaların işidir. Biz müasir quruluşun, müasir dünyanın mövcud təcrübələrini təqdim edən partiyayıq və Xalq İttifaqıyıq.

Altınbaş Universitetindən Hayri Kozanoğlu Türkiyənin ən geci yazda çox ciddi iqtisadi böhranla üzləşəcəyini düşünür.

XS
SM
MD
LG