Accessibility links

Şəmşad Ağa: Azərbaycan mətbuatı “partizan hərəkatı” dövrünü xatırladır


Arqument.az saytının baş redaktoru, Toplum TV-nin aparıcısı Şəmşad Ağa Amerikanın Səsinə müsahibəsində müstəqil medianın hazırkı durumu, media hüquqları sahəsindəki problemlərdən danışıb.

Şəmşad Ağa: Azərbaycan mətbuatı “partizan hərəkatı” dövrünü xatırladır
please wait

No media source currently available

0:00 0:04:17 0:00


Amerikanın Səsi: Müstəqil medianın durumunu necə qiymətləndirərdiniz?

Şəmşad Ağa: Azərbaycanda müstəqil medianın ciddi problemləri var. Bu problemlər zaman-zaman sadalanıb. Həmişə belə xarakterizə edirəm ki, Azərbaycan mətbuatı "partizan hərəkatı" dövrünü xatırladır. Partizanlıq dövrünü yaşayır. Mətbuatın durumu belədir ki, müstəqil jurnalistlər informasiya mühasirəsini yarmağa çalışırlar.

Amerikanın Səsi: Müstəqil media və jurnalistlər əsas hansı problemlərlə rastlaşır?

Şəmşad Ağa: Çoxsaylı problemlər var. Azərbaycanda müstəqil mediaya münasibət birmənalı deyil. Azərbaycan hakimiyyəti özünü güzgüdə eybəcər görüb, öz eyiblərini düzəltmək əvəzinə güzgünü sındırmaqla məşğuldur. Azərbaycanda saytların bloklanması, saytlara təzyiqlər, jurnalistlərin inzibati məsuliyyətə cəlb edilməsi kimi probləmlər var. Hazırda da Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanda bloklanan saytların məsələsi araşdırılır. Biz dəfələrlə arqument.az saytı olaraq bloklanmaya məruz qalmışıq. Hazırda da məhkəmədə işimiz davam edir. Azərbaycanda jurnalistlərin çoxsaylı problemlərindən biri də odur ki, informasiya əldə etmək haqqında çox ciddi problemlər var. Məsələn, belə bir vəziyyət yaradıblar ki, jurnalist şəhərdə çəkiliş edəndə mütləq gedib hansısa orqandan icazə almalıdır. Bu, Konstitusiyaya ziddir. İzibati, bürokratik resurslardan istifadə edib mətbuatın informasiya əldə etməyini sıxışdırırlar. İstər jurnalistlər, istərsə də media orqanları bu baxımdan ciddi problemlərlə üzləşirlər.

Amerikanın Səsi: Bu yaxınlarda Toplum TV-nin Facebook səhifəsi hücuma məruz qalmışdır. Ümumiyyətlə bu qəbildən olan hücumların arxasında hansı maraqlar dayanır?

Amma, Pegasus olayı aydın mənzərə ortaya qoydu ki, Azərbaycan hakimiyyəti nəinki informasiya əldə etməyi, jurnalistlərin şəxsi həyatına müdaxilə etməyi belə bacırır və bundan istifadə edir.

Şəmşad Ağa: Ondan əvvəl də olub. Toplum TV-nin xeyli izləyicisi silinib. Bir neçə dəfə bu hal təkrar olunub. Arqument.az-ın 16 min izləyicisinin səhifəsini silmişdilər. Bunlar informasiyanın çox yayılmasının qarşısını almağa hesablanıb. Məqsədli şəkildə edilib. Düzü əvvəllər bunun hansı vasitələrlə edildiyini bilmirdik. Amma, Pegasus olayı aydın mənzərə ortaya qoydu ki, Azərbaycan hakimiyyəti nəinki informasiya əldə etməyi, jurnalistlərin şəxsi həyatına müdaxilə etməyi belə bacırır və bundan istifadə edir.

Amerikanın Səsi: Medianın hüquqlarının təmin olunması üçün qanunvericilikdə yeniliklərə ehtiyac varmı?

Şəmşad Ağayev: Ümumiyyətlə, Azərbaycan qanunvericiliyi medianın hüquqlarının təmin olunmasına imkan vermir. Media qanunvericiliyi kifayət qədər mürteciləşdirilib. Bura çoxlu məhdudiyyətlər qoyulub. Qanunvericilik Konstitusiya ilə ziddiyyət təşkil edir. Həm informasiya əldə etmək haqqında qanun, istər media haqqında qanun. İndi yeni media haqqında qanun hazırlanr. İctimaiyyətə açıqlanmır. Dəfələrlə bunun ictimai müzakirəsini tələb etmişik. Qanuna bizim əlimiz çatmır. Özləri necə istəyirlər, o cür də tətbiq eləməyə çalışırlar. Sanki media hansısa dövlət qurumundan idarə olunmalıdır və yaxud media hansısa qurumun mərhəmətindən aslı olmalıdır.

Amerikanın Səsi: Azərbaycanda jurnalistlərin hüquqlarının müdafiəsi və maraqlarının qorunması üçün bu sahədə çalışan təşkilatların fəaliyyətini necə qiymətlənirərdiniz?

Azərbaycanda medianın hüquqlarının müdafiəsi sahəsində vəziyyət tamamilə bərbaddır.

Şəmşad Ağa: Demək olar ki, yoxdur. Əvvəllər var idi. Sonralar bir hissəsi hakimiyyət tərəfə keçdi, bir hissəsi dağıldı. Bir neçəsi isə mühacirətdədi. Bəyanat yaymaqla kifayətlənirlər. Hökümət harada bir ocaq görürsə onu söndürməklə məşğuldur. Lap sonda media klubu təşkilatı yaranmışdı. Onun da aqibəti bəlli olmadı. Azərbaycanda medianın hüquqlarının müdafiəsi sahəsində vəziyyət tamamilə bərbaddır.

Yerli media nə deyir?

Azərbaycanda media azadlığının, azad sözün boğulmasına dair yerli media eksperləri dəfələrlə narahatlıq dilə gətiriblər. Onlar Azərbaycanda müstəqil medianın vəziyyətinin getdikcə pisləşdiyini deyirlər.

Azərbaycan rəsmiləri isə razı deyil...

Hakimiyyət təmsilçiləri hər dəfə bu tənqid və iradları rədd edir, ölkədə media azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Ötən ilin martında parlamentin informasiya qanununa etdiyi dəyişiklik ətrafında da oxşar polemika yaranıb. Dəyişikliyin koronovirusla bağlı dezinformasiyanın yayılması ilə mübarizə məqsədilə olunduğu bildirilsə də, ATƏT, yerli ekspertlər onun jurnalistlərin fəaliyyətini əngəlləyəcəyindən əndişələrini dilə gətiriblər

Beynəlxalq təşkilatçıların reaksiyası

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, 180 ölkədən 73-də jurnalistika xeyli çətinləşib, 59 ölkədə məhdudlaşdırılıb.

Bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 167-ci yerdə qərarlaşıb. Lakin yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu isə 2014-cü ilin dekabrından bağlanıb. Rəsmilər radiounun sənədlərini və avadanlıqlarını müsadirə edib. Müstəqil Avropa Radiosu/Azadlıq Radiosunun 12 əməkdaşı hüquq mühafizə işçiləri tərəfindən saxlanılaraq dindirilib. Radionun əməkdaşı olmuş araşdırmaçı jurnalist Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq və digər maddələrlə həbs edilir. Daha sonra, 2016-ci ilin mayında şərti azadlığa buraxılır və ölkədən çıxışına qadağa qoyulur.

2017-ci ildə ölkənin ilk müstəqil agentliyi olan Turan İnformasiya Agentliyi bağlanıb. Külli miqdarda vergidən yayınma ittihamı ilə agentliyin direktoru Mehman Əliyev həbs edilib. Bunun ardınca Azərbaycanda bir sıra müstəqil, müxalifyönlü saytlar bloklanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG