Vətəndaşlar evlərinin sökülməsindən narazıdır
Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən binanın sakinləri evlərinin sökülməsindən narazıdır. Keçmiş Sənayə və Tikinti nazirliyinin 4 nömrəli tikinti trestində çalışanlara verilən binada 1993-cü ildə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Mənzillərin sahibləri 2018-ci ildə burada yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsindən sonra öz evlərinə yerləşmək istədiklərini, lakin polis əməkdaşlarının onlara mane olduğunu bildiriblər. Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi binanın qəzalı vəziyyətdə olduğunu bildirib. Aidiyyəti qurumlar binanın sökülməsi prosesinə başlayan zaman onların razılığını almayıb. Sakinlər bildiriblər ki, binada heç bir qəza vəziyyəti və təhlükə olmayıb. Ona görə də sakinlər yaşadıqları binanın sökülməsinə etiraz edirlər. Onlar iddia edirlər ki, binanın sökülməsi başqa məqsəd güdür. Məsələ bağlı aidiyyəti orqanlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını deyirlər. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətindən mövqe almaq mümkün olmayıb.
Episodes
-
Dekabr 05, 2024
Çernobıl və Qarabağ veteranı dövlətin dəstəyini gözləyir
-
Dekabr 05, 2024
Dələduzluqda ittiham olunan ictimai fəalın məhkəməsi keçirilib
-
Dekabr 05, 2024
Ispartalı əkinçilər: "Qazanc əldə edə bilmirik"