"Azərbaycanda onlayn arxivləşmə demək olar ki, yoxdur"
"Azkataloq" Azərbaycan tarixi foto və sənədlərinin onlayn kataloqudur. Layihə dizayner Rəsul Həsən tərəfindən yaradılıb. Layihənin məqsədi ölkənin foto və sənəd xronikasını yaratmaq, müxtəlif muzey, qalereya, şəxsi arxiv və kolleksiyalarda olan məlumatları vahid platformaya toplamaqdır. Sayt iki dildə - Azərbaycan və ingilis dilində fəaliyyət göstərir. Layihə izləyicilərə pulsuz formada təqdim edilir. Rəsul Həsən deyir ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin şəkillər vasitəsilə məşhurlaşdırılması, Azərbaycan foto sənətinin və müxtəlif mənbələrin (foto kolleksiyası və sənəd sahibləri) tanıdılmasıdır. Qrafik dizayner bildirir ki, online kataloqda yerləşdirilən fotolar tədqiqatçıların, tarixçilərin, ümumiyyətlə istənilən hər bir kəsin istifadəsi üçün yüksək keyfiyyətdə yerləşdirilir və təmizlənir. Rəsul Həsən 10 ildən çoxdur ki, qrafik dizaynla məşğul olur. O, həmçinin, "Qrafik dizaynın əsasları" kitabının müəllifidir. Rəsul Həsən düşünür ki, qrafik dizayn sahəsində elmi ədəbiyyatın olmaması ciddi problemdir.
Episodes
-
Yanvar 14, 2025
Böyük Texnologiyalar üçün Trampın seçimi kimdir
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?