Accessibility links

"Saleh Rüstəmova azadlıq" şüarı ilə aksiya keçirilib


"Saleh Rüstəmova azadlıq" şüarı ilə aksiya keçirilib
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Dekabrın 1-də Fəvvarələr meydanında hazırda həbsxanada 26 gündür aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Etiraz aksiyasında "Saleh Rüstəmlova azadlıq!", "Siyasi məhbusları azad et" şüarları səsləndirilib. Polis aksiyaya müdaxilə edib, çoxsaylı etirazçı saxlanılıb. Saxlanılanlar arasında bir çox fəallar, o cümlədən keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Nigar Həzi və digər fəallar var. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiyanı keçirməyə cəhd edənlər qanunu kobud şəkildə pozub. Onun sözlərinə görə aksiya razılaşdırılmayıb və pandemiya dövrünə təsadüf edir.

XS
SM
MD
LG