Azərbaycanda yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları qadın cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiya keçiriblər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək. Azərbaycan rəsmiləri deyir ki, ölkədə fundamental hüquqlar qorunur və ölkədə gender bərabərliyi hökm sürür. Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə məişət zəminində qadın cinayətlərinin sayının artmasını səbəblərindən və bu halların qarşısının alınması istiqamətidnə görüləcək addımlardan danışıb.
Vəfa Rüstəm: Cəzasızlıq mühitində məişət zorakılığı artıb
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi