Accessibility links

Kreml: Putin Baydenlə Ukrayna və NATO məsələlərini müzakirə edəcək


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə çərşənbə axşamı videokonfrans formatında keçirilməsi planlaşdırılan danışıqlarda "Ukrayna ətrafında gərginlik" və "NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsini" müzakirə etmək niyyətindədir. Bu barədə dekabrın 6-da telefonla keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, “Cenevrədə əldə edilmiş anlaşmaların necə həyata keçirildiyini müzakirə etmək” həmçinin, “nəyin tam şəkildə həyata keçirildiyini və nəyin əlavə səylər tələb etdiyini görmək lazımdır”.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, onlar “kifayət qədər acınacaqlı vəziyyətdə qalmaqda davam edən ikitərəfli münasibətləri” də müzakirə edəcək.

Dmitri Peskov əlavə edib ki, Vladimir Putin Co Baydenlə Kremlin “Rusiya və NATO ölkələri üçün qarşılıqlı təhlükəsizlik təminatlarının hazırlanması” təklifini müzakirə etmək niyyətindədir.

Kremlin sözçüsü hesab edir ki, Bayden və Putinin ünsiyyətinin ilk görüntüləri Moskva vaxtı ilə saat 18:00-dan (Vaşinqton vaxtı ilə 10:00) sonra mediada yayımlanacaq. “Əlbəttə, bu yalnız ilk kadrlar olacaq. Təbii ki, bütün danışıqlar bağlı qapılar arxasında baş tutacaq” - deyə, Peskov qeyd edib.

Onun sözlərinə görə, iki lider arasında gözlənilən danışıqlar “kifayət qədər uzun və ətraflı” olacaq.

Ağ Evin mətbuat katibi Cennifer Psaki keçirdiyi brifinqdə deyib ki, “NATO-nun yeni üzvləri ilə bağlı məsələni Rusiya deyil, alyans ölkələri həll edir - bu, əvvəllər belə olub və gələcəkdə də belə olacaq".

Psakinin sözlərinə görə, “indi bütün provokasiyalar ABŞ-dan deyil, Ukraynadan deyil, Rusiyadan gəlir”, buna görə də gərginliyi azaltmaq üçün indi Rusiya tərəfi çalışmalıdır.

Ağ Evin mətbuat katibi Moskvanın zəruri addımları arasında "hərbi ritorikadan əl çəkməsi" və "qoşunların Ukrayna sərhədlərində cəmləşdirilməsi qərarına yenidən baxılması"nın yer aldığını qeyd edib.

XS
SM
MD
LG