Accessibility links

Ostin ABŞ hərbi rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib


ABŞ müdafiə naziri Lloyd Ostin Pentaqonun "əsas liderləri" ilə Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının artırılmasını müzakirə etmək üçün görüş keçirib. Bu barədə Müdafiə Nazirliyinin sözçüsü bildirib.

İclasda Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli, ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Tod Volters və başqaları iştirak ediblər.

Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, onlar "Ukraynadakı və təbii ki, Rusiyanın qərbindəki vəziyyəti" müzakirə ediblər.

“Mən kəşfiyyat qiymətləndirmələrinə girməyəcəyəm, lakin nazirlikdəki yüksək səviyyəli hərbi və siyasi liderlər bizim gördüklərimiz barədə Ostinə hərtərəfli məlumat verməyə davam edirlər və biz prezident Putinin ölkəsinin qərb hissəsində və Ukraynanın ətrafında davam etdirdiyi hərbi imkanları görməyə davam edirik" - deyə, Kirbi bildirib.

Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığında təxminən 90 min əsgəri yerləşdirməsi bütün dünyada gərginliyi artırır və Moskvanın ölkə ərazisinə müdaxilə etməyə hazırlaşacağına dair qorxuları artırır.

Bu gərginlik ABŞ kəşfiyyatının Moskvanın gələn ilin əvvəlində baş verə biləcək Ukraynaya qarşı hərbi hücum planlaşdırdığını ortaya qoyması ilə yeni pik həddə çatıb.

“Washington Post”un əldə etdiyi kəşfiyyat sənədinə görə, plan əməliyyatda 175 min rus hərbçisinin iştirakını nəzərdə tutur.

Rusiya dəfələrlə Ukraynaya hücum planlaşdırdığını təkzib edib və dəfələrlə Qərb ölkələrini qırmızı xətti keçmək və NATO-nu şərqə doğru genişləndirmək barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı videobağlantı vasitəsilə məsələni müzakirə etmək niyyətindədirlər.

Bayden və Putin arasında gözlənilən danışıqlara istinad edən Kirbi Rusiyanın hücuma başlayacağı təqdirdə ABŞ-ın mümkün hərbi müdaxiləsi və ya Ukraynaya qarşı silah paketi ilə bağlı mümkün planları şərh etməkdən imtina edib.

"Düşünürəm ki, bu danışıqları gözləmək lazımdır" - deyə, o qeyd edib.
Kirbi Ostinin şənbə günü Kaliforniyada Reyqan Milli Müdafiə Forumundakı çıxışa da işarə edib. Orada Pentaqonun rəhbəri de-eskalasiya üçün "diplomatiya və liderliyə çox yer" olduğunu deyib.

“Məsələnin müharibəyə çevirilməsi üçün heç bir səbəb yoxdur. Bunun münaqişəyə çevrilməsi üçün heç bir səbəb yoxdur. Nazirin də dediyi kimi diplomatiya və liderlik üçün hələ də yer var” - deyə, Kirbi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG