Ağ Evdə builki bayram mövsümü birinci xanım Cil Baydenin Milad dekorasiyası olan “Ürəkdən gələn hədiyyələr” mövzusu ilə keçirilir.
Birinci xanım kimi ilk Milad bayramında Cil Bayden "Ürəkdən gələn hədiyyələr" mövzusunu seçib və o, Ağ Evi ötən il onu ruhlandıranlara: pandemiya ilə mübarizənin ön cəbhəçilər, canlarını verən hərbçilər, onun ailə üzvləri və əvvəlki prezidentlərə ehtiramla bürüyüb.
"Bütün fərqlərimizə baxmayaraq, bizi ulduz nöqtələri kimi həqiqətən vacib olan şeylər birləşdirir. Biz ürəkdən birləşirik. Mən bu il Ağ Evimizdə, hər otaqda bir hekayə görmək istədim. Bunu əks etdirmək istədim. Şərq qanadında ürəkdən gələn hədiyyələr. Biz bu pandemiyanın ən qaranlıq günlərində həyatımıza işıq saçan ön cəbhə işçilərini təmsil edən sayrışan ulduzlarla xidmət hədiyyəsini görürük."
Builki bəzəklər əvvəlki birinci xanım Melaniya Trampın son Milad bayramının mövzusunu əks etdirir. Həmişə olduğu kimi bu il Ağ Evin şirniyyat komandası böyük bir zəncəfil çörəyi hazırlamaq üçün bir neçə həftə sərf edib.
Bu il onun tərkibinə məktəb, polis, yanğınsöndürmə və yanacaqdoldurma məntəqələri, xəstəxana, poçt şöbəsi, ərzaq mağazası və anbar daxildir.
"Bütün bunlar zəncəfil çörəyi, qlazur, şokolad və saqqız pastasından hazırlanır" - deyə, şirniyyatçı Süzan Morrison bildirib.
Milad ağacları bir əsrdən çoxdur ki, Ağ Evin əsas atributudur. Lakin mövzu ilə bəzəməyə başlayan birinci xanım Jaklin Kennedi olub.
Birinci xanımların səyləri heç də həmişə isti qarşılanmayıb. Tənqidçilər keçmiş birinci xanım Melaniya Trampın 2018-ci il bəzəkləri, o cümlədən qırmızı Milad ağaclarını qınamışdı, bəziləri onların “bayram deyil, qorxu" yaratdığını demişdi.
Lakin birinci xanım deyir ki, dünya olsa da, bayramlar qorxulu olmamalıdır.
"Gecə nə qədər qaranlıq olursa olsun, işığa tərəf dönsək, biz heç vaxt itirməyəcəyik. Buna görə də sizə təşəkkür edirik. O hədiyyələri ürəkdən xoşbəxt bayramlara və ailəmizdən hamınıza paylaşmağa kömək etdiyiniz üçün təşəkkür edirik. Biz çox sevirik, sağ olun.”
Həmişə olduğu kimi Ağ Ev möhtəşəmlik nümayiş etdirir: 100-dən çox könüllü, 80 000 işıq, 6000 fut lent və 10 000-dən çox ornament, habelə 41 Milad ağacı.