Accessibility links

Bakıda milli kitab satış-sərgisi keçirilir


Bakıda milli kitab satış-sərgisi keçirilir
please wait

No media source currently available

0:00 0:03:37 0:00

15 dekabr tarixindən etibarən keçirilən Milli Kitab Sərgisinin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şura, “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşrlər Evidir. Tədbirin təşkilatçılarından olan, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, sərginin iki gündür başlamasına baxmayaraq, bura üz tutan kitabsevərlərin sayı kifayət qədərdir. Sərgidə təqdimat mərasimləri, müxtəlif mövzulara həsr olunmuş panellər, film təqdimatları, şeir və musiqi gecələri, yazarlarla görüşlər, oxu saatı, motivasiya çıxışlarının təşkil olunması nəzərdə tutulur. Ş.Xuduoğlu onu da vurğulayıb ki, kitablara ən azı 30-70 % endirim olunub. Milli kitab sərgisində hər kəsin büdcəsinə uyğun müxtəlif məzmunlu kitablar mövcuddur. Burada Azərbaycan, rus və ingilis dillərində bütün kitabları tapmaq mümkündür. Müstəqil nəşriyyatların və kitab mağazalarının qatılacağı sərgi-yarmarka dekabrın 21-nə qədər davam edəcək. Bakı İdman Sarayında keçirilən sərgiyə giriş sərbəstdir.

XS
SM
MD
LG