Accessibility links

“JPEG” jurnalının təqdimatı keçirilib


“JPEG” jurnalının təqdimatı keçirilib
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Bakıda 2-ci Qarabağ müharibəsindən bəhs edən fotojurnal nəşr edilib. Jurnalın təsisçiləri hərbi əməliyyatlar zamanı müharibəni işıqlandıran fotomüxbirlərdir. Əziz Kərimov, Ehtiram Cəbi və Roman İsmayılov hərbi əməliyyatlar aparılan ərazilər, həmçinin atəşə məruz qalan şəhərlərdən çəkdikləri fotoları bir yerə toplayaraq jurnal şəklində dərc ediblər. “JPEG” jurnalı yalnız fotolardan və fotoların çəkildiyi ərazi və tarixdən ibarətdir. Jurnalın təsisçilərindən olan fotomüxbir Əziz Kərimov məqsədlərinin faktları oxucuya heç bir şərh olmadan çatdırmaq olduğunu bildirib. “JPEG” jurnalında dərc olunan fotolar həyati təhlükəli şəraitdə çəkilib və jurnal “Azərbaycan” nəşriyyatı tərəfindən təmənnasız çap edilib. İlk sayı 1000 tirajla buraxılan jurnalın ödənişsiz əsasda müxtəlif qurumlara paylanılması nəzərdə tutulub.

XS
SM
MD
LG