"Muza"-nın yaradıcı heyəti ilk dəfə oxucuları ilə canlı görüşüb
Muza elektron incəsənət jurnalı 4-cü buraxılışını izləyicilərinə təqdim edib. Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən jurnalın yaradıcı heyəti ilk dəfə idi ki, rəsmi təqdimat mərasimi keçirib və izləyiciləri ilə canlı görüş təşkil edib. Jurnalın təsisçisi Pəri Abbaslı Amerikanın Səsinə jurnalın yaranma prosesindən bəhs edib. O deyir ki, ideyanın reallaşması, və Muzanın ilk buraxılışı onun jurnalistika fakültəsində təhsil aldığı dövrə təsadüf edib. Çap versiyası üçün maddi dəstək tapa bilməyəcəklərindən narahat olan gənclər, Muza-nı elektron dərc etmək qərarı verib. Pəri Abbaslı qeyd edir ki, Jurnal gənc müəlliflərə yazılarını dərc etmək üçün bir platforma rolu oynayır.
Episodes
-
Dekabr 13, 2024
Kyivdə “Silahlı Qüvvələr üçün pul” aksiyası keçirilib
-
Dekabr 13, 2024
Məhkəmə “Meydan TV” jurnalistlərini həbsdə saxladı