Accessibility links

Rusiyalı hüquq müdafiəçisi Çeçenistanda 21 qohumunun qaçırıldığını bildirir


Əbubəkr Yanqulbaev
Əbubəkr Yanqulbaev

Rusiyada İşgəncə Əleyhinə Komitə adlı insan haqları təşkilatının Şimali Qafqazdakı qolunun vəkili 21 qohumunun Çeçenistanda "qaçırıldığını" bildirir.

Son bir neçə gündə Çeçenistan rəsmilərini tənqid edən altı müxalif fəal və insan haqları müdafiəçiləri onlarla qohumlarının həbs edildiyi və yoxa çıxdığını deyib.

İşgəncə Əleyhinə Komitədən Əbubəkr Yanqulbayev dekbarın 25-də Azadlıq Radiosunun rus xidmətinin Qafqaz Reallıqları verilişinə bildirib ki, qara formada kimlikləri bəlli olmayan bir neçə kişi onun qohumlarını polis idarəsinə aparıb, onların əlindən mobil telefonlarını, pasportlarını və başqa sənədlərini alıb.

O deyib ki, reydlər 23-25 dekabr tarixlərində Qoytı kəndi və paytaxt Qroznıda həyata keçirilib.

“Onlara qarşı rəsmi ittiham irəli sürülməyib. Məndə olan məlumata görə, 21 nəfər qaçırılıb. Hazırda Çeçenistanda müxalif blogerlərin, insan hüquqları müdafiəçilərinin” və ümumilikdə Çeçenistanın avtoridar idarəçisi Ramzan Kadırovdan “narazı insanların qohumları kütləvi şəkildə qaçırılır,” Yanqulbayev deyib.

Hüquqşünas bildirib ki, o və onun qardaşı müxalif 1ADAT Telegram kanalını idarə və moderatorluq etməkdə günahlandırılıblar. Lakin o bunu inkar edir.

Dekabrın 22-dən bəri müxalif blogerlər Tumso Əbdülrəhmanov, Həsən Xalitov, Minkail Malizayev, insan haqları müdafiəçiləri Mənsur Sadulayev və Aslan Artsuevin qohumlarının yoxa çıxdıqları və ya həbs edildikləri bildirilir.

Federal rəsmilər vəziyyətlə bağlı şərh verməyib.

2007-ci ildən bəri Çeçenistanı idarə edən Kadırov tez-tez Rusiya və beynəlxalq inan hüquqları qruöu tərəfindən qaçırılma, işgəncə, linç mühakiməsi və LGBT icmasını hədəfləmək kimi ağır insan haqları pozuntularında ittiham olunur.

XS
SM
MD
LG