Müstəqil jurnalistlər Milli Məclisin qarşısında etiraz aksiyası keçirib
Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında yeni “Media haqqında” qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirib. 30-dan çox jurnalistin qatıldığı aksiyada iştirakçılar “Qanundan qandal düzəltmə”, “Azad media istəyirik!”, “Icazəli jurnalistika istəmirik!”, “Mürtəce qanunlara yox!”, “Azad mətbuat!”, şüarları qaldırıb və ya səsləndiriblər. Aksiya zamanı iştirakçılar tərəfindən Milli Məclisə təqdim olunacaq bəyanat səsləndirilib. Jurnalistlər Milli Məclisi və ölkə başçısını qanun layihəsinin gündəlikdən çıxarılmasına, mütərəqqi, media azadlığının dərinləşməsinə xidmət edəcək yeni qanun layihəsinin işlənilməsinə çağırıb.
Episodes
-
Oktyabr 08, 2024
Siyasi rəy sorğuları nədir?
-
Oktyabr 07, 2024
“Fikirləşirdim ki, öz məkanım olanda menyuya qoğal daxil edəcəm”
-
Oktyabr 06, 2024
Gürcüstanın paytaxtında “Tbilisoba” bayramı