Accessibility links

Təbrizdə məktəblərdə havanın çirklənməsi səbəbilə tətil edilib


Təbriz əhalisi həftələrdir çirkli havadan əziyyət çəkirlər. İranın xəbər agentliklərinə istinadən Təbrizin havası 5 gündür ardıcıl olaraq “bütün yaş qrupları üçün” təhlükəli həddə qalmaqda davam edir.

Şərqi Azərbaycan vilayətinin Təlim və Tərbiyə İdarəsi isə havanın çirklənməsi səbəbilə çərşənbə günü ibtidai siniflərdən orta siniflərə qədər bütün məktəblərin tətil olduğunu elan edib.

Şərqi Azərbaycan ətraf mühit idarəsinin rəsmisi Rza Fədayi Təbriz elektrik stansiyasında mazut istehlakının havanın çirklənməsinə yol açan əsas amil olduğunu önə çəkib.

Bəzi rəsmilər Təbriz elektrik stansiyasında mazut yandırılmasını təkzib edirlər, ancaq Rza Fədayi bazar ertəsi günü deyib ki, “Təbriz havasında kükürd oksidlərinin miqdarı əhəmiyyətli dərəcədə artıb. Bu, mazut istehlakının əlamətidir.”

Təbriz millət vəkili Məhəmmədhüseyn Fərhəngi keçən ay Təbriz və Səhənd elektrik stansiyalarında mazut istehlak edilməsinə etiraz edərək bunun Şərqi Azərbaycan əhalisinə zülm olduğunu ifadə etmişdi.

XS
SM
MD
LG