Accessibility links

Putin Yeni İl çıxışında rusların həmrəyliyini alqışlayıb, Navalnı isə nikbin olmağa çağırış edib


Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ənənəvi Yeni İl müraciətində rusiyalıların 2021-də “böyük çətinliklərlə üzləşdiklərini,” lakin həmrəylik nəticəsində onların öhdəsindən gəldiklərini deyib.

Putinin öncədən lentə alınmış altı dəqiqəlik çıxışı dekabrın 31-də Rusiyanın ən şərq regionunda gecə saat 12-yə yaxın bir vaxtda yayımlanıb. TASS dövlət xəbər agentliyinin məlumatına görə, bu, Putinin indiyə qədərki ən uzun çıxışı olub.

Putin təfərrüat vermədən deyib ki, Moskva 2021-ci ildə maraqlarını “möhkəm” müdafiə etdi. Bu il Rusiyada vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı sərt təqiblər müşahidə edilib və Rusiyanın Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsi səbəbilə Qərblə gərginlilər artıb.

Putin koornavirus pandemiyası zamanı sevdiklərini itirənlərə başsağlığını çatdırıb. Noyabr ayında Rusiyada koronavirusda 87 527 nəfər ölüb.

O deyib ki, hökumətin əsas məqsədi “vətəndaşların rifahını və həyat keydiyyətlərini yaxşılaşdırmaqdır.”

“Bu məsələrin həlli Rusiyanı daha da gücləndirəcək,” Putin deyib.

Sabiq Prezident. Dmitri Medvedev də bənzər Yeni İl mesajı paylaşaraq “biz birlik olduğum üçün güclü olaraq qaldığımızı” vurğulayıb.

“Bizim xalqımız dəfələrlə sevməyi, şəfqət göstərməyi, yardım etməyi və hətta başqaları üçün özlərini qurban verməyi bildiklərini göstəriblər,” Medvedev deyib. “Bu təcrübə bizi daha da gücləndirib.”

Həbsdə olan rusiyalı siyasətçi Aleksey Navalnı da Instragram-da Yeni İl mesajını paylaşıb. Həmin mesajda o, rusları “nə olursa olsun, nikbin qalmağa çağırıb.” Navalnı yanvar ayında Navalnın dediyinə görə, Putin göstərişi ilə FSB agentləri tərəfindən sinir agenti ilə zəhərlənməsinin ardınca həftələrlə Almaniya müalicə olduqdan sonra Rusiyaya qayıtdığı zaman dərhal həbs edilib.

Hazırda o 2 il yarımlıq həbs cəzasını çəkir. O, həbsinin siyasi fəaliyyətinə görə qisas olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG