Accessibility links

Cokoviç vizasını ləğv edən rəsmilərə qarşı məhkəmə iddiası qaldırıb


Novak Cokoviçin Avstraliya hökumətinin onun bu həftə ölkəyə daxil olandan sonra vizasını ləğv etmək qərarı ilə bağlı qaldırdığı məhkəmə iddiasında bildirilir ki, onun dekabr ayında COVID-19-a təsdiqlənmiş halda yoluxması onun ölkənin vaksiyanasiya tələbindən istisna almağa haqq qazandırır.

Şənbə günü hüquqi komandasının Federal Rayon və Ailə Məhkəməsinə təqdim etdiyi 35 səhifəlik sənəddə serbiyalı idmançının Açıq Avstraliya Oyununda iştirakının qarşısını alacaq vizasının ləğv olunmasına qarşı iddiası yer alıb. İddia ilə bağlı bazar ertəsi səhər məhkəmə iclası keçiriləcək.

Dünyanın bir nömrəli tennisçisi cümə axşamı sərhəd rəsmiləri onun tibbi istisna iddiasını rədd edəndən bəri immiqrasiya rəsmiləri tərəfindən Melburnda hoteldə saxlanılır.

Məhkəmə iddiasında bildirilir ki, Cokoviç dekabrın 30-da Tennis Avstraliyanın baş tibbi rəsmisindən yaxınlarda COVID infeksiyasından sağaldığı üçün peyvənd olmaqdan azad olduğuna dair məktub alıb.

Sənədlərdə dekabrın 16-da onun COVID testinin nəticəsinin müsbət olduğu, dekabrın 30-da isə son 72 saat ərzində heç bir simptomunun olmadığı göstərilib.

Sənəddə bildirilir ki, onun etibarlı vizası olduğu, habelə Daxili Məsələlər Nazirliyindən yoxlanışdan keçdiyi və “həmin yoxlanışın nəticəsində onun Avstraliyaya karantində qalmadan daxil olmaq üçün tətbiq olunan tələblərə cavab verdiyi” qeyd olunub.

Məhkəmə sənədlərində deyilir ki, cümə axşamı Melburn hava limanında vizasının ləğv olunduğu bildirilən Cokoviç çaşqın halda Tennis Avstraliya və agenti ilə əlaqə saxlaya bilmək üçün ona zaman verilməsini istəyib.

Lakin o deyib ki, rəsmilər səhər saat 6-d qısa onunla söhbət aparmağa razılaşması üçün ona “təzyiq göstərib,” baxmayaraq ki, o, bundan öncə səhər saat 8:30-dək istirahət edə biləcəyi bir təklifə razılaşıb və səhər erkən saatlarda hələ də yuxuda olan “nümayəndələrindən kömək və hüquqi yardıma ehtiyacının” olduğunu deyib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG