Ukrayna İranın 2020-ci ildə Tehran üzərindən Ukraynanın sərnişin təyyarəsinin vurulmasında İranın rol oynadığında dair daha kəskin ittihamlar irəli sürür.
2020-ci ilin yanvarın 8-də baş verənlər sərnişin təyyarəsinə qarşı terror aktı idi,” Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov çərşənbə günü Amerikanın Səsinin fars xidmətinə verdiyi xüsusi müsahibəsində bildirib.
Danilov həmçinin İranın istintaqda əməkdaşlıq etməkdən və Ukrayna Beynəlxalq Hava Yollarında məxsus reys PS752-nin vurulmasına görə kompensasiya ödəməkdən imtina etməsi səbəbilə məyusluğunu ifadə edib.
İran təyyarəyə dəyən və 176 nəfərin ölümünə səbəb olan raketləri havaya atdığını etiraf edib, lakin insidenti qəza adlandırıb və buna görə yanlış hizalanmış hava hücumundan müdafiə sistemini və raket operatorlarını günahlandırıb. Kyivə doğru istiqamət alan təyyarə vurulmadan dəqiqələr öncə Tehrandan havaya qalxıb və içində əsasən iranlılar və iranlı kanadalılardan ibarət sərnişinlər olub.
Ukrayna təyyarəsini vuran İran qüvvələri ABŞ-ın İranın bir neçə saat öncə İraqda Amerika qoşunlarına qarşı raket hücumuna cavabına qarşı yüksək hazırlıq vəziyyətində olublar. İran ABŞ qoşunlarına ABŞ-ın bundan beş gün öncə Bağdadda İranın yüksək vəzifəli komadiri Qasim Süleymaninin ölümü ilə nəticələnən hava hücumuna cavab olaraq hücum etmiş və onlarla əsgəri yaralamışdı.
Danilov qeyd edib ki, İranın reys PS752-yə raket hücumlarından əvvəl və sonra İran rəsmiləri başqa sərnişin təyyarələrinin Tehran hava limanından havaya qalxmasında icazə verib. “Bizdə elə bir təəssürat yaranıb ki, onlar [iranlılar] xüsusilə bizim təyyarəmizi gözləyirdilər. Biz bunu güman edə bilərik,” o deyib.
Danilov deyib ki, iddia olunduğu kimi Ukrayna Hava Yollarına məxsus təyyarəni vurmağı gözləyənlər İranın yüksək səviyyəli rəsmiləri olub. “Bu, yəqin ki, yuxarı rəhbərliyin göstərişi idi. Heç bir [havadan müdafiə] operatoru öz-özünə belə bir qərar verə bilməz.”
Ukrayna təhlükəsizlik rəsmisinin İranın insidentdəki rolu ilə bağlı ittihamları əvvəlki ittihamlarından daha sərt və daha detallı idi.
Danilov 2021-ci ilin aprelində Kanadanın Globe and Mail qəzetinə müsahibəsində PS752 reysinin İran tərəfindən vurulmasının "qəsdən" və "şüurlu şəkildə edilən hücum" olduğuna inandığını bildirib.
Ukraynanın Ukrinform xəbər agentliyi daha sonra 2021-ci ilin mayında Danilovdan sitat gətirərək onun Kyivin İranın raket hücumlarını “terror aktı” adlandırmağa “getdikcə daha meylli olduğunu” bildirib. Danilov bunu Kanada hakiminin həmin ay “raket hücumlarının qəsdən edildiyinə” və “sərnişin təyyarəsinin vurulmasının müvafiq federal qanun altında terror fəaliyyətinə bərabər olduğuna”dair qərarına cavab olaraq söyləmişdi.
İranın BMT-dəki missiyası Amerikanın Səsinin Danilovun son bəyanatı ilə bağlı şərh istəyinə cavab verməyib.
Bundan əlavə cümə günü Ukraynanın sabiq baş prokuror müavini Gündür Məmmədov Amerikanın Səsi ilə email yazışmasında İranın hadisədəki rolunu təsvir etmək üçün daha ağır sözlərdən istifadə edib.
2019-2021-ci illərdə baş prokurorun müavini vəzifəzisi yerinə yetirərkən insidentlə bağlı cinayət istintaqına cəlb olunan Məmmədov deyib ki, istintaq hələ də ibtidai mərhələdədir və bu mərhələdə iddia edilən cinayətin təsnifatı müəyyənləşdirilir.
İbtidai istintaq cinayətin müxtəlif kateqoriyalarını, o cümlədən terror aktını nəzərədn keçirir. Həmçinin mümkündür ki, təyyarənin vurulması müharibə cinayəti kimi təsnif edilsin,” Məmmədov deyib.
Ukrayna İranın PS752 reysini vurmasının öncədən düşünülmüş və qəsdən edilmiş bir akt olduğuna dair dəlil açıqlamayıb.