Accessibility links

Qazaxıstanın təhlükəsizlik idarəsinin keçmiş başçısı "dövlətə xəyanət" şübhəsi ilə saxlanılıb


Qazaxıstanın daxili kəşfiyyat idarəsinin sabiq başçısı ölkədəki zorakı etirazlar fonunda vəzifəsindən azad ediləndən iki gün sonra dövlətə xəyanət şübhəsi saxlanılıb.

Milli Təhlükəsizlik Komitəsi Kərim Məsimovun yanvarın 8-də həbsi ilə bağlı əlavə məlumat paylaşmayıb, ancaq başqa adları açıqlanmayan təhlükəsizlik rəsmilərinin də saxlanıldığını bildirib.

Sabiq Prezident Nursultan Nazarbayevin uzun müddətdir həmkarı olan 56 yaşlı Məsimov iki dəfə baş nazir olub. Ötən həftə yanacaq qiymətinin qalxması səbəbilə başlayan etirazlar zamanı ictimai qəzəbin əsas hədəfi də Nazarbayev olub. Məsimov 2016-cı ildən bəri təhlükəsizlik idarəsinin başçısı vəzifəsini yerinə yetirirdi.

Bu addım Qazaxıstanın Daxili İşlər Nazirliyi nümayişləri yatırmaq üçün aparılan əməliyyatlar zamanı 4000-dən çox insanın saxlanıldığını elan etməsindən sonraya təsadüf edib. Qazaxıstan nümayişlər səbəbilə Rusiyanın başçılıq etdiyi hərbi alyansın müdaxiləsinə çağırıb.

Prezident Qasım-Comərd Tokayev daha öncə təhlükəsizlik qüvvələrinə “quldur” və “terrorçu” adlandırdığı nümayişçiləri “güllələyərək öldürməyə” icazə verib. Etirazçılar isə bu damğaları rədd edirlər.

Yanvarın 8-də günlərdir etirazlar və təhükəsizlik qüvvələrinin sərt cavab tədbirlərinin mərkəzi olan Almatı şəhərində silah səsləri eşidilib.

Rəsmilər bildirib ki, toqquşmalar nəticəsində 18 təhlükəsizlik zabiti daxil olmaqla onlarla insan ölüb.

Etirazçılar bu həftənin əvvəlində bir neçə şəhərdə ictimai binaları yandırıb və qarət ediblər. Bu, Orta Asiya ölkəsinin 30 illik müstəqilliyi ərazində baş verən ən dəhşətli zorakılıqlardır.

Prezident Tokayev yanvarın 7-də qəzəbli ictimai çıxışında deyib ki, o, polis və orduya öldürücü qüvvədən istifadəyə icazə verdiyi bir vaxt ölkədə böyük ölçüdə nizam bərpa olunub.

“Ölkəmizdə terrorçular əleyhinə əməliyyat davam edir. Polis, milli qvardiya və ordu asayişi bərpa etmək üçün geniş-miqyaslı və yaxşı koordinasiya edilmiş səyləri həyata keçirir,” Prezident aparatı Tokayevdən sitat gətirib.

Tokayev artan iğtişaş və hüquq-mühafizə və hərbi qüvvələrin sadiqliyi ilə bağlı aşkar qeyri-müəyyənlik fonunda fövqəlavə vəziyyət elan edib və yanvarın 5-də Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını təhlükəsizliyi təmin etməyə yardım etməyə çağırıb.

Bir neçə saat ərzində Rusiyadan ilk desantçılar gəlib, ardınca isə KTMT ölkələri olan Belarus, Ermənistan, Tacikistan və Qırğızıstandan bölmələr Qazaxıstana göndərilib.

KMT qoşunlarının etirazları yatırmağa yardım edib-etmədikləri aydın olmasa da, alyans və üzv ölkələrin rəsmiləri bölmələrin yalnız əsas infsrastruktur və təsisləri qoruyacaqlarını bildirib.

XS
SM
MD
LG