Accessibility links

Suriyada təhlükəsizlik qüvvələrinin 12 əsgəri partlayış zamanı yüngül yaralanıb


Dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, Suriyanın cənubundakı Dəra vilayətində polis avtobusunun partladılması nəticəsində ölkənin daxili təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı yüngül yaralanıb.

SANA-nın məlumatında qurğunun Dəra vilayətinin Cisr Səidə bölgəsi yaxınlığında partladığı deyilib.
Suriyanın 2011-ci il qiyamının beşiyi olan Dəra vilayəti və onun eyni adlı paytaxtı 2018-ci ildə yenidən hökumətin nəzarətinə keçib.
Şəhərin cənub hissəsindəki Dəra Əl-Bələd adlanan ərazisində qalan Holdut üsyançıları keçən il də rejim qüvvələri ilə döyüşləri davam etdirib.
Moskvanın vasitəçiliyi ilə 2021-ci il atəşkəsindən sonra onlarla müxalifət döyüşçüsü avtobuslarla şəhərdən çıxarılsa da, bəziləri qalıb.
Suriyada şəbəkələri olan, baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu ilin əvvəlindən bəri Dəra vilayətində 20 hücumun qeydə alındığını bildirib.
Müharibə monitoru bu hücumlarda 8-i mülki vətəndaş olmaqla, 16 nəfərin öldüyünü bildirib.
SANA-nın məlumatına görə, keçən ilin oktyabrında paytaxt Dəməşqdə ordu avtobusuna yerləşdirilən iki bombanın azı 14 nəfərin ölümünə və 3 nəfərin yaralanmasına səbəb olub.
Dəməşqdəki son böyük hücumlar 2017-ci ildə, intiharçıların məhkəmə binası və restoranda 60-a yaxın insanın ölümü ilə nəticələnən bomba hücumları olub.
2011-ci ildə başlayan Suriya münaqişəsi yarım milyona yaxın insanın ölümünə və İkinci Dünya Müharibəsindən bəri ən böyük məcburi köçkün dalğasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG