Accessibility links

Pakistanda hücum 2 nəfərin ölümünə səbəb olub


Polisin bildirdiyinə görə, cümə axşamı Pakistanın ikinci böyük şəhəri Lahorun izdihamlı bazarında motosikletə yerləşdirilmiş güclü bombanın partlaması azı 2 nəfərin ölümünə, 29 nəfərin yaralanmasına səbəb olub.

Polis rəsmiləri bombanın şəhərin Hindistan malları ilə tanınan Anarkali bazarında partladığını bildirib. Hadisə yerindən çəkilən videoda motosikletin qalıqlarını, yerə tökülən paltarları, eləcə də mağazaların zədələnmiş vitrinlərini və yaralılara yardım etməyə çalışan insanları görmək olub.

Yüksək rütbəli polis məmuru Abid Xan Associated Press xəbər agentliyinə ölənləri və yaralıları yaxınlıqdakı xəstəxanaya aparıldığını bildirib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.
Ölkənin Baş naziri İmran Xan partlayışı qınayan bəyanatla çıxış edib.

Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.

İnsident bazar ertəsi Pakistanın paytaxtı İslamabadda motosikletdəki iki silahlının şəhərin insanların çox olduğu bazarlarından birinin yaxınlığındakı təhlükəsizlik keçid məntəqəsinə atəş açaraq, bir polis işçisini öldürməsi, iki nəfəri isə yaralamasından sonra baş verib.

Pakistanın Daxili işlər naziri Şeyx Rəşid Əhməd silahlı hücumu terror aktı adlandıraraq pisləyib və atışma nəticəsində hər iki hücumçunun öldürüldüyünü bildirib.

Əhməd öldürülən polis məmurunun cənazə namazında iştirak etdikdən sonra jurnalistlərə "Biz İslamabadda terror hadisələrinin başlaması ilə bağlı bir növ siqnal aldıq" deyib.

“Təhrik-i-Taliban Pakistan” və ya TTP kimi tanınan Pakistan Talibanı tvitter səhifəsində verdiyi açıqlamasında hücuma görə məsuliyyəti öz üzərinə götürüb və hücumda iştirak edən iki silahlısının öldürüldüyünü təsdiqləyib.

Associated Press-in bildirdiyinə görə, Talıbanın qonşu Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra cəsarətlənən Pakistan Talibanı yaxın gələcəkdə daha çox hücumlar həyata keçirəcəyi barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG