Accessibility links

ABŞ Kremli dəstəkləyən dörd ukraynalıya sanksiya tətbiq edib


ABŞ Rusiyanın ölkədə sabitliyi pozmaq cəhdlərini dəstəkləməkdə ittiham edərək, ikisi parlament üzvü olmaqla, dörd Ukrayna vətəndaşına sanksiya tətbiq edib.

Dövlət Departamentinin yanvarın 20-də sanksiyaları elan edən bəyanatında deyilib ki, Taras Kozak, Oleh Voloşin, Volodimir Oliynik və Volodimir Sivkoviç Ukraynanı sarsıtmaq üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “təlimatları ilə” hərəkət edib.

“2020-ci ildə Kreml rəsmiləri Ukrayna dövlətinin müstəqil fəaliyyət göstərmək qabiliyyətini qismən aşağı salmaq üçün nəzərdə tutulmuş hərtərəfli məlumat əməliyyatı planını işə salıb. Bu gün adları çəkilən şəxslər bu kampaniyada əsas rol oynayıb” - deyə, Dövlət Departamenti bildirib.

Kozak və Voloşin Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqədə olan maqnat Viktor Medvedçukun rəhbərlik etdiyi Kreml meylli partiyanın deputatlarıdır.

Maliyyə Nazirliyinin bəyanatında isə deyilir ki, Kozak və Voloşin Ukrayna hökuməti rəsmilərini sarsıtmağa və Rusiya adından hərəkət etməyə çalışıb. Kozak, həmçinin 2020-ci il ABŞ seçkiləri ilə bağlı yalan məlumat yaymaq üçün xəbər platformalarından istifadə edib.

Maliyyə Departamentinin bəyanatında ABŞ-ın sanksiyalar siyahısında olan Medvedçukun bu fəaliyyətlərdə əli olduğu iddia edilir.

Keçən il Ukrayna Kozak və onun televiziya stansiyalarını Rusiyanın dəstəklədiyi separatçıların hesabına maliyyələşdirildiyini iddia edərək, sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyi bildirib ki, Rusiyaya qaçan keçmiş ukraynalı məmur Oliynikin Federal Təhlükəsizlik Bürosuna Ukraynanın kritik infrastrukturu haqqında məlumat toplamaqda yardım edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş müavini Sivkoviçin isə Kreml adından Rusiyanın Krımın ilhaqını tanımağa dəstək üçün çalışdığı bildirilib.

XS
SM
MD
LG