Accessibility links

ABŞ Belarusun 4 məmurunu hava quldurluğunda ittiham edib


ABŞ prokurorları dörd Belarus hökumət rəsmisini müxalif jurnalistin həbsi məqsədi ilə keçən il Ryanair reysini yönləndirmək üçün bomba hədəsi hiyləsindən istifadə etdiklərinə görə təyyarə quldurluğunda ittiham edib.

Nyu-Yorkda federal prokurorlar tərəfindən elan edilən ittihamlar mayın 23-də Yunanıstanın Afina və Litvanın Vilnüs şəhərləri arasında müntəzəm reyslə uçan sərnişin təyyarəsinin Belarusun hava hərəkətinə nəzarət orqanları tərəfindən Minskə (Belarus) istiqamətləndirilməsi ilə bağlıdır.

ABŞ prokuroru Damian Villiamsın dediyinə görə, motorlu uçuşların başlanğıcından bəri dünya ölkələri sərnişin təyyarələrinin təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq edir. Müttəhimlər müxalif fikirləri və söz azadlığını boğmaqla qeyri-münasib məqsədə nail olmaq üçün bir təyyarəni yönləndirərək bu standartları pozub.

Ryanair bildirib ki, Belarusun uçuş nəzarətçiləri pilotlara reaktiv təyyarəyə qarşı bomba təhlükəsi olduğunu bildirib və onlara Minskdə eniş etməyi əmr edib. Belarus hərbçiləri ekipajı uçuş idarəçilərinin əmrlərini yerinə yetirməyə məcbur etmək məqsədi ilə MiQ-29 qırıcı təyyarəsindən istifadə edib.

Avqust ayında prezident Co Bayden Belarus prezidenti Aleksandr Lukaşenkonun seçilməsinin ildönümündə Belarusa qarşı sanksiyalar tətbiq edib. ABŞ və beynəlxalq ictimaiyyət seçkilər zamanı ciddi pozuntulara yol verildiyini bildirib.

Həbs edilən jurnalist və fəal Raman Prataseviç Lukaşenkoya qarşı kütləvi nümayişlərin təşkilinə kömək edən məşhur mesajlaşma proqramını idarə edirdi. İğtişaşları qızışdırmaq ittihamı ilə üzləşən 26 yaşlı Prataseviç 2019-cu ildə Belarusu tərk edib.

Lukashenko keçən il altıncı dəfə Şərqi Avropa ölkəsinə rəhbərlik etməyə seçilib.

Səslərin oğurlandığına dair geniş yayılmış inam Belarusda kütləvi etirazlara, bu isə Lukaşenko rejimi tərəfindən etirazçılara, dissidentlərə və müstəqil mediaya qarşı repressiyaların artmasına səbəb olmuşdu.

35 mindən çox insan həbs edilib, minlərlə insan döyülüb.

Məhkəmə sənədlərində ittiham olunanların Belarus dövlət aeronaviqasiya orqanı olan “Belaeronaviqasiya” Respublika Unitar Aeronaviqasiya Xidmətləri Müəssisəsinin baş direktoru Leonid Mikalaeviç Çuro, Belaeronaviqasiya baş direktorunun müavini Oleq Kazyuçits və tam şəxsiyyətləri prokurorlara məlum olmayan iki Belarus dövlət təhlükəsizlik agenti olduğu bildirilib.

XS
SM
MD
LG