Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 546 nəfər artıb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus infeksiyasına yoluxanların sayı 546 nəfər artıb. Bu gün infeksiyaya 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Dünən, yanvarın 21-də koronavirusa yoluxanların sayı 1068 nəfər olub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə şərtləndirir.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 791 min 254, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 212 min 82, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 727 min 150 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 852 min 22 nəfər təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG