Accessibility links

Prokurorluğun sosial şəbəkə iştirakçılarının məsuliyyəti barədə xəbəri və ekspertlərin baxışı


sosial şəbəkə istifadəçiləri
sosial şəbəkə istifadəçiləri

“Aparılmış yoxlamalar ilə ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.”

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, sosial media istifadəçiləri Yalçın Mirzəli, İlham Hüseynov, Nizami Abbaslı, Əfqan İsayev və Rasim Azadov gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Mətbuat ximəti bildirir ki, Namiq Əliyev qanunla yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

“Baş Prokurorluq internet informasiya ehtiyatlarının istifadəçilərinə müraciət edərək virtual məkanda qanunvericiliyin tələblərinə dönmədən riayət etməyə, həmçinin ictimai müzakirələrin qanun çərçivəsində və etik normalarına uyğun aparılmasını tələb edir. Əks halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir,” Baş Prokurorluq bildirir.

Baş Prokurorluq xəbərdarlıq edilmiş şəxslərin və Namiq Əliyevin yaydığı məlumatların detalları barədə məlumat vermir.

Bununla yanaşı, inzibati həbsə məhkum edilmiş Namiq Əliyev və xəbərdarlıq edilmiş Facebook istifasdəçiləri, həmçinin onların vəkilləri hələ prokurorluğun məlumatına münasibət bildirməyib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Amerikanın Səsinə deyib ki, insanlar sosial şəbəkələrdə nə isə yazanda bunun üçün məsuliyyət daşıyacaqlarını bilməlidir.

“Bir var tənqid, bir də var söyüş. Mən həmişə tənqidin tərəfdarıyam. Yəni, faktlarla deyirsən ki, ay insan sənin gördüyün bu iş heç bir məcraya sığmır. Mən bunu qəbul edirəm və belə tənqidə görə, kimisə cəzalandırmağın tam əleyhinəyəm. Amma, bir də var insan savadsızdır, öz adı altında deyil, başqa ad altında camaatı söyüb təhqir edirsə, bunları tapıb cəzalandırmaq lazımdır” - deyə, o, Amerikanın Səsinə deyib.

Media məsələləri üzrə ekspert, elmlər doktoru Qulu Məhərrəmli hesab edir ki, insanlar sosial şəbəkələrdə azadlıqların hüdudlarını və yazdıqlarının məsuliyyətini bilməlidir.

Ekspert: Cəmiyyətlə tapmaca oyunu oynamaq olmaz
please wait

No media source currently available

0:00 0:01:08 0:00
“Bir çox ölkələrdə inzibati təzyiq olmadan, məzmuna kiminsə müdaxiləsi olmadan öhdəliklər götürürlər ki, yəni, söyüş, təhqir, terror, dövlət çevrilişinə və s. çağırışlar olmayacaq. Belə məsələlər var. Amma, mənə elə gəlir ki, hər bir sosial şəbəkə iştirakçısı özünü azad ifadə etmək çərçivəsində məsuliyyətini də dərk etməlidir.”

Ekspertin fikrincə, prokurorluğun kimisə həbs etməsi, kimisə nəyə görə xəbərdarlıq etməsi barədə məlumatlarında məzmun açıq olmalıdır.

“Xəbərdarlığın və həbsin səbəbinin məzmunu açıq olmalıdır. Yəni kimsə yazıbsa, “gedək, yıxaq, dağıdaq”, - bu müəyyən məsuliyyət yarada bilər. Yoxsa, mən öz fikrimi deyirəmsə, buna prokurorluq müdaxilə edirsə, bu, yolverilməzdr. Yəni cəmiyyətlə tapmaca oyunu oynamaq olmaz,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG