Accessibility links

ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb


Ukrayna/ABŞ Səfirliyi
Ukrayna/ABŞ Səfirliyi

ABŞ və Böyük Britaniyanın Ukraynadakı səfirlik əməkdaşları və ailələri ölkəni tərk edib. Moskva ilə aparılan bir neçə raund nəticəsiz görüşlərdən sonra atılan bu addımı rəsmi Kyiv "vaxtından əvvəl" adlandırıb.

ABŞ Dövlət Departamenti yanvarın 23-də səfirlik işçilərinin ailə üzvlərinə Ukyananı tərk etmək göstərişi verib. Səfirliyin digər zəruri olmayan işçiləri isə dövlət hesabına könüllü olaraq ölkəni tərk edə bilər. Departamentin bəyanatında deyilir ki, əmr “Rusiyanın hərbi əməliyyatlarının davam etməsi təhlükəsi səbəbindən” verilib.

Bəyanatda bildirirlir ki, xüsusilə Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətində olan Şərqi Ukraynada təhlükəsizlik şəraiti “gözlənilməzdir və çox az bir müddətdə xəbərdarlıq edilmədən pisləşə bilər”.

Dövlət Departamentinin bəyanatını açıqlayan bir yüksək rütbəli rəsmi bildirib ki, "Bunlar bizim Ukraynaya dəstəyimizi və ya öhdəliyimizi heç bir şəkildə sarsıtmayan ehtiyatlı tədbirlərdir".

Bununla belə Aİ-nin ABŞ və Böyük Britaniyanın addımlarını təkrarlamayacağını işarə edib. İttifqaın bir yüksək səviyyəli rəsmisi yanvarın 24-də bildirib ki, Rusiya ilə diplomatik danışıqlar davam etdiyi müddətdə ərzində vəziyyəti "dramatikləşdirmə"yə ehtiyac yoxdur.

Digər tərəfdən Aİ Ukrayna sərhədində təxminən 100 min əsgər toplayan Rusiya ilə münaqişənin təsirlərini yumşaltmaq üçün Ukraynaya 1,2 milyard avro maliyyə yardımı ayırıb.

Avropa Ittifaqını baş diplomatı Cosef Borrell yanvarın 24-də bildirib ki, blokun öz işçilərini Ukraynadan çıxarmaq barədə təcili planları yoxdur.

ABŞ-ın açıqlamasından ardınca Britaniya Xarici İşlər Nazirliyi yanvarın 24-də bildirib ki, “Rusiyadan artan təhlükə”ni nəzərə alaraq Ukraynadakı səfirliyindən bəzi əməkdaşlarını və onların ailə üzvlərini geri çağırır.

Bununla belə hər iki ölkə Ukraynadakı səfirliklərinin "vacib işlər" üçün açıq qalacağını bildirib.

Səfirlik əməkdaşlarının geri çağırılması qərarını “vaxtından əvvəl” adlandıran Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko ölkədə vəziyyətin "stabil" olduğunu bildirib.

"Biz Amerika tərəfindən atılan bu addımını vaxtından əvvəl və həddindən artıq ehtiyatlılıq nümayişi hesab edirik" - deyə, Oleq Nikolenko bildirib.

“Rusiya Federasiyası hazırda Ukraynada daxili vəziyyəti pozmaq üçün fəal səylər göstərir” deyən Nikolenko əlavə edib ki, “Ukraynalılar və əcnəbilər arasında çaxnaşma salmaq” üçün media tərəfindən “dezinformasiya və manipulyasiya” yayılır".

XS
SM
MD
LG