Accessibility links

Azərbaycanın müdafiə naziri İranın baş qərargah rəisi ilə görüşüb - ekspert baxışı


Azerbaijani Defense Minister Zakir Hasanov and Chief of General Staff of the Iranian Armed Forces Mohammad Bagheri

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İrana iki günlük səfərə gedib.

İRNA agentliyinin məlumatına görə, nazir Həsənov bu gün, yanvarın 25-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

“Ümid edirəm ki, sizin İrana səfəriniz əlaqələri, xüsusilə müdafiə, texniki və hərbi məsələlərdə əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək üçün yaxşı fürsətdir," Baqeri qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin məttbuat xidməti bildirir ki, nazir Zakir Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdıdılır.

Sədrəddin Soltan
Sədrəddin Soltan

Azərbaycanın İrandakı Səfirliynin keçmiş əməkdaşı, Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, İranla Azərbaycanın müdafiə və hərbi texniki sahədə əməkdaşlığı reallıqda mümkün deyil.

“İran və Azərbaycanın siyasi, dövlət və hərbi quruluşları fərqlidir. Azərbaycan hərbi sistemini NATO standartlarına uyğun qurur. Hərbi, hərbi texniki təchizatı və təminatı da NATO standarlarına uyğundur. Bu baxımdan iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq mümkün deyil. 44 günlük müharibədə də Azərbaycan İranın hər hansı hərbi-texnikasından istifadə etmədi,” ekspert qeyd edib.

Onun hesab edir ki, iki ölkə arasında müdafiə, hərbi, hərbi-texniki əməkdaşlıq məsələləri yalnız söhbət mövzusu ola bilər.

“Bu məsələlər yalnız müzakirə oluna bilər. Real addımlar atmaq məsələsinə gəlincə bu mümkün deyil. Çünki Azərbaycan öz ordusunu daha müasir, daha çevik texnika, silah və sursatla təmin etməyə üstünlük verir. İranın isə elə də çevik hərbi qüvvəsi, üstün hərbi texnikası, raket sistemi, hücum təyyarələri, pilotsuz uçuş aparataları yoxdur. Bu sahədə İran dünya standartarından çox geridə qalır,” o qeyd edib.

Sədrəddin Soltanın firkincə, iki ölkə ərazilərindən üçüncü dövlətin bir-birinə qarşı istifadə etməməsi məsələlərini müzakirə edə bilər.

“Çünki 44 günlük müharibə zamanı üçüncü dövlət İran ərazisi vasitəsi ilə Ermənistana silah və sursat çatdırlmasında istifadə edib,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG