Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı üç dəfə artıb


Koronavirus

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı üç dəfədən çox artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2468 yoluxma faktı qeydə alınıb, 5197 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Dünən infeksiyaya yoluxanların sayı 757 nəfər olub.

İndiyədək ölkədə ümumilikdə 636 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 min 791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 533 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 525, bu günə qədər isə ümumilikdə 6 milyon 81 min 949 test icra olunub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə şərtləndirir.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 845 min 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 217 min 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 732 min 155 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 895 min 975 nəfər təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG