Accessibility links

İranda Fransa vətəndaşı həbsə məhkum edilib


İran məhkəməsi Fransa vətəndaşı Bencamin Brier casusluq ittihamı ilə səkkiz il həbs cəzasına məhkum edib.

36 yaşlı Brier 2020-ci ilin may ayından Türkmənistan-İran sərhədi yaxınlığındakı səhrada hərəkətli görüntüləri əldə etmək üçün uzaqdan idarə olunan mini helikopteri uçurduğuna görə həbs edilib.

Qərar Prezident Donald Trampın Birləşmiş Ştatları İranın nüvə sazişini tərk etdiyi paktın bərpası səylərinin davam etdirildiyi bir vaxtda qəbul edilib.

"Bencamin Brierin Fransa vətəndaşını özbaşına həbs etmək və ondan sövdələşmə vasitəsi kimi istifadə etmək istəyində israrlı olan rejimin danışıqlarının girovu kimi qalması qəbuledilməzdir" - deyə, vəkil Filip Valent bildirib.

Fransa İranla nüvə danışıqlarında sazişin bəzi digər tərəflərinə nisbətən daha sərt mövqedədir.

Valentin sözlərinə görə, hər hansı bir qanun pozuntusunu ardıcıl olaraq inkar edən Brier "İslam Respublikasına qarşı təbliğat apardığına görə əlavə 8 aylıq həbs cəzası alıb".

Onun iranlı vəkillərindən biri Səid Dehqan bildirib ki, Brier qərardan apellyasiya şikayəti verəcək. Dehqan deyib ki, o, gözlənildiyindən daha sərt və İrana qarşı düşmən dövlətlərlə əməkdaşlıq ittihamını ehtiva edən hökmdən şoka düşüb.

"Onun cəzası əvvəlkindən fərqli hüquqi müddəaya əsaslanır... O, İrana qarşı düşmən dövlətlərlə əməkdaşlığa görə məhkum edilib və bu, əvvəlkindən daha uzun cəzaya malikdir" - Dehqan deyib.

Brier Milad bayramından bəri aclıq aksiyası keçirir.

"Bencamin Brier açıq şəkildə qərəzsiz hakimlər qarşısında ədalətli mühakimə prosesinin heç bir formasından faydalanmayıb. Bu qərar sırf siyasi prosesin nəticəsidir”- deyə Valent bildiirb.

İranın ədliyyə orqanlarından şərh almaq mümkün olmayıb.

Fransa Xarici İşlər Nazirliyindən də reaksiya verilməyib.

Brierin ailəsi onun fiziki və psixoloji sağlamlığından narahatdır, deyən Valent Fransa hakimiyyətini müdaxilə etməyə çağırıb.

Fransa keçmişdə Tehrana xəbərdarlıq etmişdi ki, İranda saxlanılan Fransa vətəndaşlarının işlərinə baxması əlaqələri korlaya bilər.

Son illər İranın elit İnqilab Keşikçiləri Korpusu əsasən casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla ikili vətəndaşlığı olanları və əcnəbini həbs edib.

Hüquq müdafiəçiləri İranı bu kimi həbslər vasitəsilə başqa ölkələrdən güzəştlər əldə etməyə çalışmaqda ittiham edir.

Qərb dövlətləri uzun müddətdir Tehrandan siyasi məhbus dedikləri vətəndaşlarını azad etməyi tələb edir.

Bu ayın əvvəlində İran 2020-ci ildə beş il həbs cəzasına məhkum edilmiş, lakin ev dustaqlığında yaşayan fransız-iranlı akademik Fəriba Adelxahı yenidən həbs edib.

Fransa onun dərhal azad edilməsini tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG