Accessibility links

Ekspert: LGBTİ icmasının hüquqlarının kompleks həlli hökumətin öhdəliyi kimi durur


LGBTİ
LGBTİ

Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnamədə (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.

Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".

"Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları"nı alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini "LGTBİ nümayəndələrinin hüquqlarını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə" çağırıblar.

Xüsusən, gey-paradlara icazə vermək və "iştirakçıları istənilən zorakılıqdan qoruyaraq", paradların təhlükəsiz keçirilməsini təmin etmək təklif olunur.

Qəbul edilən qətnamə belçikalı deputat Kristof Lakruanın hesabatına əsaslanır. O, KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBTİ birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul etməyə çağırır.

Qətnamədə həmçinin transgenderlərin sənədlərdə adlarını və cinslərini dəyişdirməsinə imkan verən prosedurlar tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, insan hüquqlarının, o cümlədən LGBTİ hüquqlarının müdafiəsi sahəsində işləyən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı möhkəmləndirmək, onların müstəqilliyinə zəmanət vermək və onlarla işləyən insanların təhlükəsizliyini təmin etmək tövsiyə olunur.

Hüquqşünaslar Səməd Rəhimli Amerikanın Səsinə deyib ki, Azərbaycanda LGBTİ hüquqları ilə bağlı problemlər iki mənşəlidir, yəni dövlət bə cəmiyyət mənşəli problemlər var.

“Bu şəxslər bir təfərdən özəl şəxslərin hücumlarına, təhdidlərinə məruz qalırlar. Dövlətin həmin şəxsləri qoruması ilə bağlı konstitusiya öhdəliyi var. Lakin, dövlətin bu öhdəliyini hüquq mühafizə orqanları lazımınca yerinə yetirmir. Birinci əsas problem budur. İkinci, dövlət mənşəli problemdir. Yəni dövlət, LGBTİ-ləri, burada söhbət geylər və xüsusilə translardan gedir, onların ictimai həyata adaptasiyası çətin olur. İcmadan, ailədən qovulurlar. Onların əmək bazarına daxil olmaları xüsusilə çətin olur. Bu da onların, “yeraltı seksçiliklə” məşğul olmasına səbəb olur. Ölkədə isə seksçilik qadağandlr və hüquq mühafizə orqanları seksçiliyə qarşı mübarizə aparır. Bu da seksçiliklə məşğul olan LGBTİ-çilərin təzyiqə, hətta zorakılığa məruz qalmasına səbəb olur,” hüquqşünas qeyd edib.

O bunun bariz nümunəsai kimi 2017-ci ilin sentyabrında LGBTİ-çilərə qarşı həyata keçirlən reydləri göstərib.

Ekspert hesab edir ki, LGBTİ icmasına qarşı cəmiyyətdən və hökumətdən qaynaqlanan diskriminasiya halları aradan qaldırlmalıdır, hansı ki, dövlətin bu sahədə öhdəlikləri var.

Rəhimli fakultativ problemlərin aradan qaldırlmasının da vacib olduğunu deyib.

“LGBTİ icmasının əmək bazarına əlçatımlılığı problemi həll edilməlidir. Sağlamlıq hüquqlarının təminati sahəsində də dövlət öhdəliklərini yerinə yetirməlidir.”

Ekspert LGBTİ icmasının siyasi hüquqlarının təminatı sahəsində də problemlərdən danışıb.

“Bir müddət əvvəl “Gey-Parad” məsələsi var idi. Bu baxımdan hökumətin LGBTİ icmasının, feminist icmasının toplaşamaq azadlığına da müdaxilə məsələsi var.”

Səməd Rəhimli hesab edir ki, LGBTİ icmasının hüquqlarının kompleks həlli məsələsi hökumətin öhdəliyi kimi durur.

“Hökumət isə bu məsələlərin həllinin üzərindən sükutla keçir,” o qeyd edib.

Ekspertlər hesab edir ki, Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, reallıqda eynicinsli ailələr hetreseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyil.

Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) məlumatına görə Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında LGBTİ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkərdəndir. Belə ki, Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb

Bununla yanaşı, Azərbaycan 2000-ci ildə isə Sovet dövründən qalma homoseksual əlaqələrə görə cinayət məsuliyyətini aradan qaldırb. Hazırda ölkədə LGBTİ hüquqlarını müdafiə edən bir neçə qeyri-hökumnət təşkilatı fəaliyyət göstərir. LGBTİ icması toplaşaraq problemlərini hökimətin və cəmiyyətin diqqətinə çatdıra bilir. LGBTİ icması sosial şəbəkələrdə də faldır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG