Accessibility links

Aclıq aksiyasından sonra jurnalistin səhhətində narahatlıqlar yaranıb


Polad Aslanov
Polad Aslanov

Xeberman.com saytının redaktoru Polad Aslanovun həbsxanada 20 gün davam etdirdiyi aclıq aksiyası onun orqanizmində mənfi nəticələrə səbəb olub. Xüsusən, onun ayaqlarında, əllərində və üzündə şiş var.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, aclığı dayandırdıqdan sonra onu həkim müayinə etməyib. O, bu barədə aclığı dayandırdıqdan sonra ona baş çəkən Ombudsman aparatının nümayəndələrinə də məlumat verib.

"Polad tibbi yardım istəyib, amma ona heç bir yardım göstərilmir. Ona deyirlər ki, "bu gün həkim yoxdur, sabah baxarlar" və hər gün belə davam edir," Aslanova bildirib.

Onun sözlərinə görə, hazırda jurnalist Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılır.

Penitensiar Xidmətdən və müalicə müəssisəsindən Aslanovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.

"Sərhədsiz reportyorlar" və digər hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Yanvarın 6-da o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq elan edib.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. Aclığın 20-cü günündə, yanvarın 25-də jurnalist həkimlərin təkidilə aclığı dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG