Accessibility links

NATO rəhbəri: Rusiya işğal edərsə, Ukraynaya qoşun göndərmək planları yoxdur


NATO-nun baş katibi Yens Stoltenberq bazar günü bildirib ki, Rusiyanın işğalı halında NATO üzvü olmayan Ukraynaya döyüş qoşunları yerləşdirmək planı yoxdur.

BBC televiziyasının Rusiyanın Ukraynaya girəcəyi təqdirdə NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini istisna edib-etməyəcəyi ilə bağlı suala Stoltenberq deyib: "Bizim NATO-nun döyüş qoşunlarını Ukraynaya yerləşdirmək planımız yoxdur... biz diqqəti dəstək verməyə yönəldirik". NATO üzvü olmaq ilə Ukrayna kimi güclü və yüksək dəyərli tərəfdaş olmaq arasında fərq var. Buna heç bir şübhə yoxdur".

ABŞ prezidenti Co Bayden və digər Qərb liderləri Moskvaya işğal halında tez və sərt iqtisadi sanksiyalar tətbiq edəcəkləri barədə dəfələrlə xəbərdarlıq ediblər.

XS
SM
MD
LG