Accessibility links

Xoy şəhər şurasının bir üzvü həbs edilib


Qərbi Azərbaycan vilayətində Xoy şəhər şurasının bir üzvü İranın kəşfiyyat qüvvələri tərəfindən həbs edilib.

Yarı-rəsmi “Fars” agentliyinə istinadən, şəhər şurasının üzvü yanvarın 30-da saxlanılıb. Agentlik saxlanılan üzvün adını və hansı səbəblərə görə həbs edildiyini açıqlamayıb.

“Bazar günü səhər saatlarında Xoy şəhər şurasının bir üzvü, şura xaricindən bir əməkdaşı ilə birlikdə İmam Zamanın adsız əsgərləri tərəfindən saxlanılıb,” agentliyin xəbərində dərc edilib.

“İmam Zamanın adsız əsgərləri” İran mediasında təhlükəsizlik və kəşfiyyat qüvvələri üçün istifadə edilən bir ifadədir.

Son bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə rüşvət və korrupsiya halları ilə əlaqədar həbslər baş verib.

İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman İran mətbuatında yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

XS
SM
MD
LG