Accessibility links

Urmiyəyə yeni bələdiyyə başqanı təyin olundu, sabiq başqan həbsxanada


Məhəmməd Həzrətpur və Məcid Ağazadə

İranın dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, Urmiyə Şəhər Şurası Məcid Ağazadəni şəhərin yeni bələdiyyə başqanı təyin edib.

Təqribən 45 gün əvvəl sabiq bələdiyyə başqanı Məhəmməd Həzrətpurun kəşfiyyat qüvvələri tərəfindən saxlanılmasından bəri Urmiyə bələdiyyəsini başqan əvəzi Qulamrza Ədldust idarə edirdi.

İranın rəsmi xəbər agentlikləri keçən yanvar ayında Həzrətpurun tutulma xəbərini yaysa da, səbəbi ilə bağlı məlumat verməyiblər. Bələdiyyənin bəzi müdirləri də bir neçə ay əvvəl korrupsiya ittihamı ilə əlaqədar nəzarət altına alınmışdılar.

Bəzi internet səhifələri Həzrətpurun hazırda Urmiyənin mərkəzi həbsxanasında saxlanıldığını yazır. Həzrətpur 2012-ci ilə bəri Urmiyənin bələdiyyə başqanı idi. O, Urmiyə millət vəkili Ruhullah Həzrətpurun əmisidir.

Son bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib.

Keçən il Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində də bələdiyyə və şəhər şurasında rüşvət və korrupsiya halları ilə bağlı şəhər şurasının əksər üzvlər daxil olmaqla, bir neçə vəzifəli şəxs nəzarət altına alınmışdı.

2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya ilə əlaqədar Təbrizin sabiq meri daxil olmaqla, onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb. Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri isə keçən iyun ayında nəzarət altına alınıb bir müddət sonra sərbəst buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG